“Afrikaya getmək çoxdankı arzum idi. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu düşünmürdüm. Təsəvvür edin ki, orada hər gün nə qədər uşaq susuzluqdan ölür".
Bu sözləri Xoşqədəm Hidayətqızı “Diqqət efir” verilişində qonaq olarkən deyib. O, Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu bildirib: “Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?