GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Hökumət toya gedən müğənniləri sıxışdırırdı”

“Hökumət toya gedən müğənniləri sıxışdırırdı”

Tarix: 14-11-2013, 11:53 Bölmə :Maqazin Baxış: 880
“Hökumət toya gedən müğənniləri sıxışdırırdı”
“Heydər Əliyev mənə görə neçə adama töhmət verdi” – Elmira Rəhimova

Azərbaycan mətbuatına illərlə danışmayan xalq artisti Elmira Rəhimovanın müsahibəsini təqdim edirik:

Bənzərsiz səsi, mənəvi saflığı, əxlaqı və ləyaqəti ilə milli musiqi mədəniyyətimizin bu gün də, sabah da qürur ünvanı olan canlı korifeyimizdir. “Bu Elmira Rəhimova kimdir?” sualına hər kəsin fikirləşmədən verdiyi ən qısa cavab...
Danılmaz bir həqiqətdir ki, milyonların ürəyində qalmaq, onu əbədi fəth etmək üçün bu və ya digər sənətin zirvəsinə təkcə peşəkarlıqla nail olmaq olmaz. Bu ampulada səhnə mədəniyyəti, davranışı, sağlam əqidə vacib atributlardandır.
Qapıya yaxınlaşdıqca həyəcanım artır...
Nəhayət, mənə sarı baxan, illərin dəyişdirə bilmədiyi iri, ağıllı, isti gözlərini, səmimi çöhrəsini görən kimi içimə bir sakitlik çökdü. Mənzildəki səliqə səhman, müsbət aura məni bir az da ürəkləndirdi. Bir neçə dəqiqədən sonra söhbətə başladıq...


- Elmira xanım illər öncə hitə çevrilmiş T. Hacıyevin “Tələbəlik illəri” mahnısında deyildiyi kimi, “Sızlar, yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”... İndi də milyonlarla pərəstişkarın dilindən deyirəm. Bizim də ürəyimiz sızıldayır, Elmira xanımı çox nadir hallarda görəndə.
- Ürəyimdə küsürəm. Əlbəttə, küsürəm. Hal-hazırda görünməməyim səhhətimlə bağlıdır. Həm şəkər, həm nevroz... Bunlar da nədən yığılır? (Bir qədər dayanır, həyəcan titrəyən səsinə qarışır) illərlə ürəyimdə çəkə-çəkə, heç kəsə müraciət etməyəndə. İnsan vüqarlı olanda özünə ziyan olur. Mən 50 ildən çoxdur ki, səhnədəyəm. Vallah, bilmirəm deyim, deməyim. Dünya tarixində yeganə müğənniyəm ki, Hindistanın prezidenti şəxsən gəlib məni Hindistana dəvət edib.

- Səhv etmirəmsə, bu üç dəfə olub...
- Bəli, dünya tarixində bu, yeganə hadisədir, anoloqu yoxdur. Təki olsun. Çox olsun. “Dünyanın qəzetləri yazırdı ki, Elmira xanımın Hindistana gəlişi iki nəhəng ölkə arasında dostluq təməlini qoydu”. Bunu Hindistanın prezidenti Cavahirləl Nehru deyirdi. Mən Hindistanda olanda ziyafətlər verilirdi mənim gəlişim münasibətiylə. Əvvəlcə bir illiyə getmişdim. İmtahanda yüksək bal topladım və məni dörd il saxlamaq istədilər. Müsəlmanın sonrakı ağlı. Öz payıma deyirəm, razılaşmadım. Vətənsiz, anamsız yaşaya bilmərəm, deyib bir il daha qaldım. 1957-ci ildə gedib, 1959-da qayıtdım, ikinci dəfə 1961-də getdim və Robindranat Taqor adına sənət, elm öyrədən çox məşhur bir akademiya var. Müxtəlif fakültələrlə yanaşı, incəsənət fakültəsi də var idi, hansı ki, orada dörd il ərzində Taqorun iki mindən artiq şeirlərinə yazılmış mahnılar öyrədilirdi. Mən bir il ərzində öyrənib, imtahan verdim. İkinci il qaldım Qodcirat ştatında, Bombeyə yaxın bir yerdə. Elə orada da Şahın oğlu mənimlə ailə qurmaq istəyirdi. Bizim səfirlik həmin şahın yaşadığı binada yerləşirdi və prezident mənim şərəfimə ziyafət verəndə şahın oğlu məni orada görür. Çox keçmir şah, oğlunun arzusunu bizim səfirə bildirir. Günün birində səfir Menşikov məni çağırıb dedi: “Bizim dostluğumuz indi başlayır. Sən razılıq ver, səni evləndirək, dostluğumuz daha da möhkəmlənsin”. “Mən qulaq asdım, asdım, sonra, sizin qızınız var?” deyib, düz gözünün içinə baxdım. “Var. Necə ki?” dedi. Dedim “Qızınız haradadır?”. Cavab verdi ki, “Moskvada, anasının yanında". Dedim ki, “Elə isə, çağırın qızınızı, verin şahın oğluna" və bununla da mənim evlənmək məsələm bitdi. Qayıdandan sonra da bilirsiniz ki, mən Filormoniyada solist idim, mahnı və rəqs ansamblında. Hindistandan qayıdandan sonra Tofiq Quliyevin vaxtı idi. Dönə-dönə sola konsertlər vermişəm. İndikilər 10-15 il oxuyandan sonra, bir konsert verib, əllərində bayraq edirlər. Konsertlər vermişəm, Filormoniyanın qapılarını sındırıblar, əldə biletlər tapılmayıb. İndiki Heydər Əliyev Sarayında dönə-dönə konsertlər vermişəm, dünyanın bir çox ölkələrini gəzmişəm.

- Deyəsən, 60-dan çox ölkədə olmusunuz..
- Bəli. Azərbaycanın rayonlarını qarış qarış gəzmişəm.

- Böyük sənətkarımız Yavər Kələntərli deyirdi ki, Üzeyir bəy səhnə geyimlərimizin tikilişinə özü nəzarət edirdi. Bəs Sizdəki bu yüksək sənhə mədəniyyəti hardan qaynaqlanırdı?
- Əlbəttə, həm gendən, həm ailədən gəlir. Atam müəllim idi, məktəb direktoru olub. Heç kəsin çağırışını gözləməyib, əmimlə birgə 1941-45-ci il müharibəsinə gedib. Mən o illərdə anadan olmuşam. Rəhmətlik anam ziyalı bir xanım olub. Uzun illər “Gənclik”, “Kommunist” qəzetlərinin redaksiyalarında çalışıb. Bəlkə də bilirsiniz, gözəl piano çalırdı. Necə deyim, tərif kimi çıxmasın, milyonerlər nəsli olmuşuq, ancaq həmişə sadə insanlardan seçilməmişik. Burnumuzu yuxarı tutmamışıq.

- Sizə elə gəlmirmi səhnə mədəniyyəti üçün diplom göstərici deyil? Elə müğənnilərimiz var ki, dindirsən qarşına iki üç diplom qoyar. Üstəlik, bir çox xarici dövlətlərdən aldıqları mükafat, sertifikat... Amma səhnədə beş dəqiqə özünü idarə edə bilmir.
- İndiki oxuyanların çoxu bu sənətin peşəkarı olmağın ya yolunu düzgün bilmirlər, ya da bilmək istəmirlər. Hər gün səninlə çiyin çiyinə çalışan böyük sənətkarlardan öyrənməlisən, sənətin bütün əzablarına dözməyi bacarmalısan. Bilənlər bilir ki, hansı zəhmətdən, çətinliklərdən keçmişəm. Hər ay on altı konsert vermək lazım idi. Yoxsa maaş ala bilməzdik. Rayonları qarış-qarış gəzmişəm. O tarla sənin, bu tarla mənim, yük maşınlarının iç tərəfi olurdu səhnə. Nə bilim kolxoz anbarlarında, açıq səmada. Bir sözlə, çox çətin şəraitlərdə konsertlər vermişəm. Heç vaxt da etiraz etməmişəm. Rəhmətlik anam da qoymayıb toy üzü görüm. Evə gəliblər bu hündürlükdə pul sayıblar, anam deyib “duz çörək yeyəcəm, toy olmaz”. Nənəm çox hökmlü xanım olub, həm də milyoner arvadı olub. Bilərsiniz o vaxt iki milyoner olub Dadaşovlar, Hüseynovlar. Ancaq əslində toya getməyi mən heç qəbahət hesab etmirəm. O vaxt zaman belə idi. Hökumət toya gedən müğənniləri sıxışdırırdı. Fəxri adlar çətinliklə verilirdi. Ancaq müğənninin toylarda oxumasına heç pis baxmıram. Sən nəsən, kimsən elə toyda da həmin adamsan.

- Səhv etmirəmsə, yaşınız da çox az idi ilk addımlarınızı atanda. Üstəgəl ailədəki ciddi nizam-intizam. Bəs, yolunuza yaşıl işıq tutan ilk insan, həm də sözü keçən insan kim oldu?
- Dayım. Rəhmətlik Daxili İşlər Nazirliyində çalışırdı. Bir yaxın dostunun xahişiylə festivalda çıxış etdim və birinci yerə çıxdım. 14 yaşım var idi. Evdə oxumağıma narazılıqlara dayım son qoydı. Hindistana getmək üçün yaşımı artırdılar. Pasport verdilər və qayıdandan sonra nazirlikdən gəldilər ki, oxumağa davam edim. Hindistandan qayıdandan sonra istəyirdilər ki, vokal öyrənim. Ancaq mən gözümü açıb evdə muğam görmüşdüm. Anamın gözəl səsi var idi. Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Seyid Şuşinskinin tələbəsi oldum.

- Muğamlardan söz düşmüşkən. Bu bir həqiqətdir. Saatlarla muğam oxuyub tükünü tərpətməmək də var. Sizin “Dəli Kür” filmindəki dörd misralıq bayatıda nələr yoxdur?
- Bilmirəm necə deyim, sizin dərin duyum, hissetmə qabiliyyətiniz var. Çox düz dediniz, həmişə gözlərim açıq, ancaq heç kəsi görməmışəm, istəmişəm ki, mahnını duyduğum kimi çatdırım. Bilirsiniz ki, Seyid Şuşinski muğamın ensklopediyası olub. H.Hüseynov, İ. Rzayev və bir çox böyük sənətkarlarımızın müəllimi olub. Özü demişkən mən onun çox yorğun, yaşlı vaxtına düşdüm, ancaq yenə də mənə lazım olanı götürə bildim. Bütün konsertlərimi muğamla açmışam. Konsertin birinci hissəsi təsniflər, muğamlar olub, ikinci hissəsi bəstəkar mahnıları və dünya xalqlarının mahnıları. İtaliyada italyanca, Avropada ingiliscə, farsca, ərəbcə musiqilər mənim həmişə repertuarımda olub. Xoşbəxtəm ki, böyük bəstəkarlarımızdan A.Bəbirovun, R.Mirişlının, C.Cahangirovun, R.Mustafayevin, F.Əmirovun mahnılarının ilk ifaçısı olmuşam. Korifey sənətkarlarımızdan M.Moqamayevlə, R Behbudovla, S.Qədimova, Ş.Ələkbərova ilə bir səhnəni paylaşmışıq. Onlardan öyrənməyə çalışmışam. Dəfələrlə birgə qastrol səfərlərində olmuşam.

- Məni bir anliq şirin xatirələrə qaytardınız. Bir dəfə eyvanda oturmuşdum, iki gəncin bir-biri ilə mübahisəsinin şahidi oldum. Hind mahnısının (“Toz içində çiçək” filmindən) Sizin ifanızda olduğunu israr edən gənc bir tərəfdə, bu ifanın hind müğənnisinə aid olduğunu israr edən o biri gənc də bir tərəfdə. Şübhəsiz ki, bu da peşəkar ifanın göstəricisi idi. Elmira xanım, siz danışdıqca yaddaşlarımızda özünə əbədi yuva qurmuş bir çox mahnılarınız var. Və məhz burdakı motivlər vətənlə, torpaqla bağlıdır. Gəncə, Qarabağ, Şuşa. Söhbətimizin başlanğıcında "müsəlmanın sonrakı ağlı....kaş ki, o vaxt Hindistanda qalaydım" deyəndə, mən gülümsədim. Nədən? Yüz dəfə də bu dünyaya gəlsəniz bu ürəklə, bu sevgiylə. O tərzdəki, siz bu mahnıları çatdırmısınız bütün çətinliklərə baxmayaraq, bir gün də vətəni tərk etməzdiniz.
- Düz dediniz. Mən vətənimsiz heç yerdə bir həftədən artıq qala bilmərəm. 1982-ci ildə sonuncu dəfə Hindistana qastrol səfərinə getmişdik. Allah rəhmət eləsin, bacı-qardaş münasibətimiz var idi. İsalm Rzayev idi, əzizimiz Habil müəllim və Əhsən Dadaşov konsertdən sonra bizimkilər getdilər saraya baxmağa, mən nəsə utandım, getmədim. İslam gəldiki “nə ağılsız adamsan sən, belə yerdən adam qayıdar?” Sonra Habil müəllim “vay,vay bu nə agılsız qızıymış” dedi. Bircə Əhsən müəllim əlini qoydu kürəyimə, dedi “Elmiriçka, düz eləmisən vətən hər şeydən gözəldir!” Ancaq elə siz deyən kimi bu iki nəhəng sənətkarlarımız ki var, allah İslama rəhmət eləsin, Habil müəllimə də can sağlığı elə siz deyən kimi, heç birisi vətəni qoyub heç yerə getməzdilər. Mənə Cavahirləl Nehru "MİRADİ" deyərdi. Onların məşhur bir şairəsi olub çox gözəl. Mən gözəl olmasam da.

- Səhviniz var, gözəlliyiniz bu gün də göz qabağındadır.
- Sağ olun. Hə. Bu şairə bütün ömrünü məscidlərə həsr edib. Onları vəsf edirdi. Hind dilində “Di” bacıya deyilir, yəni “Miradi” “Mira bacı” kimi tərcümə olunur. Prezident də mənə deyirdi “sənin adında mira sözü var odur ki, Miradi sizə çox yaraşır...”

- Musiqi aləmindəki yenilikləri izləməmiş deyilsiniz. Sizcə 20-30 il bundan öncə çətin idi qostrol səfərlərinə çıxmaq, ya indi. Bir də Elmira xanım ən çox hansı musiqiyə, kimə daha çox qulaq asır?
- Müqayisə qeyri mümkündür. Heyif ki, o vaxt videoyazılar belə səviyyədə deyildi. Bəzi oxuyanlar görəydilər ki, bizim korifey sənətkarlarımızı necə alqışlara qərq ediblər. Üzr istəyirəm, indi gedib hansısa bir xarici dövlətdə gəzirlər, toyda oxuyurlar, sonra da texnikanın verdiyi imkanlardan istifadə edib, elə çəkilişlər gətirib paylaşırlar ki. Aylarla qostrolda olmuşam. Rusiyanın necə deyərlər bir başından girib, o biri başından çıxmışam. Konsertlərim adətən iki hissədən ibarət olub. Birinci hissədə təsniflər, muğamlar ikinci hissədə estrada və dünya xalqları musiqisi. Səkkizdə başlanan konsertə gəlib dörddən oturub nəzarət edərdim. Bu mahnıda işıq belə olsun, bu yerində belə olsun. Səhnədə fonoqram nədi bilməmişik. Ən çox muğama qulaq asıram. Sevinirəm ki, həm oğlanlar həm də qızlar arasında gözəl səsi olan muğam oxuyanlar yetişir.

- Gözləriniz, qəlbinizdəki dərin nisgili istəsəniz belə gizlədə bilmir...
- Söhbətimizin əvvəlində də dedim. Qəlbimdə küsürəm. Mənə qarşı olan bu qədər laqeydliyə təəccüb edirəm. İllərlə susmuşam yenə də susuram. İstəmirəm danışam... Ancaq siz məni dilləndirə bildiniz. Rəhmətlik Heydər Əliyev səfirləri qəbul edirdi. Növbə Hindistana çatanda “Prezidentlər ölkələri fərəhlə gəzirlər. Ancaq mən ikiqat fərəhlə gəzirəm. Sizin prezidentiniz Elmira xanım Rəhimovanı Hindistana apardı və sənətinə yüksək qiymət verdi” demişdi. İllər keçir. Dövlət tədbirlərinin birində aparatın işçilərindən çoxu mənə yaxınlaşıb dedilər ki, cənab Heydər Əlliyev neçə adama töhmət verdirmişdi o vaxt ki, niyə mən indi yəni 2000-ci ildə alıram fəxri adı. Bu qız 25 il bundan qabaq layiq idi bu ada.
İndiyə qədər bir dəfə də olsun nə nazir qapısı açmamışam, nə sponsor tanımıram. Ancaq mənim konsertlərimdə anturaj oxuyanlar bütün fəxri adlara, qayğıya sahib olublar. Ürəkdən deyirəm, sağlıqlarına qismət olsun. Ancaq mənim də diqqətə, qayğıya, ən əsası mənəvi dəstəyə ehtiyacım var. Hindistandan qayıdandan sonra N. Gəncəli evimizdə məndən müsahibə aldı. Bu qədər təkidlərə baxmayaraq vətəni seçib, geri qayıtmağım hamı kimi onu da çox sevindirmişdi. Və bir şeir həsr etmişdi mənə. Onu segah üstə oxuyanda zal ayaq üstə alqışlayırdı.

Hansı bülbül tay olar böylə sədaqətdə mənə.
Bu şirin tuti dilim xalqımın eşqi, dilidir.
Çoxları qibtə edir böylə səadətdə mənə.
Gəncəli, bil ki, anam laylamı çalmış Bakıda
Hara uçsam, hara getsəm yenə gəlləm Vətənə....

- Vətən dediniz... Vətənin hər qarışı müqəddəsdir, söz yox. Qarabağımızı heç demirəm neçə ildir düşmən tapdağındadır...
- Dəfələrlə müsahibələrimdə demişəm, yenə də deyirəm, diz üstündə, mələyə- mələyə gedərəm orda oxumağa. Bu xəstə canımla. Azərbaycanımızın o dilbər guşəsində aylarla konsert vermişəm. Axırıncı dəfə 1988-ci ildə hadisələr başlayanda konsert vermişdim. Əsas mən oxusam da, anturaj da var idi. Təsəvvür edin, biz konsert verdiyimiz məkandan üç kilometr aralıda ermənilərin bizimkilərlə atışmasını eşidirdik.

- Elmira xanım tanrıdan nəyi istəsə, hər şey istəmiş olur?
- İnsanda dürüstlük, səmimiyyət, təbiilik görmək istəyirəm. Hər şey bu dünyada qalacaq. Ancaq insaniyyətlik, düzgünlük mənim üçün hər şeydən qiymətlidir.

- Burdan tamaşaçılarınıza, dinləyicilərinizə demək istədikləriniz...
- Xalqıma qurban olum. Bizim xalqımız çox istedadlı, qonaqpərvər xalqdır. Açıq səma, xoş günlər arzu edirəm. Ürəyi yaralıdır xalqımın. Allah mənə qismət eləsin, nəvələrimlə (Elmira və Tofiq) birgə, xalqımla birgə Qarabağıma dizin-dizin, sürünə-sürünə gedib, orda bu xəstə canımla konsert verim. Mənim xalqım yaxşı nə varsa, hamısına layiqdir!

P.S. Zaman yalnız illərin üstünə il artıra bilib. O qaynayan, çağlayan, şəffaf bulaq elə həmin bulaq idi. Tanrının töhfəsi kimi o bulaqdan su içdim. Arındım, paklaşdım. Gözüm, qulağım dincəldi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Elmira Süleymanovanı Əfv Komissiyasının üzvlüyündən çıxardılar

    Elmira Süleymanovanı Əfv Komissiyasının ...

    10-12-2012, 16:59

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu