GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Arif Babayev professordu, Mələkxanım dossent, bəs onda mən kiməm?” - MÜSAHİBƏ

“Arif Babayev professordu, Mələkxanım dossent, bəs onda mən kiməm?” - MÜSAHİBƏ

Tarix: 18-11-2013, 15:05 Bölmə :Maqazin Baxış: 970
“Arif Babayev professordu, Mələkxanım dossent, bəs onda mən kiməm?” - MÜSAHİBƏ
Allahverdi Eminov: “Fikrət Qoca şeirlərini bu gün “525-ci qəzet”ə verir, sabah da “Ədəbiyyat qəzetində çap etdirir, belə şey olar?”

”Göstərdim ki, ”Daş yuxular” Əkrəm Əylislinin ilk sayaqlaması deyil”


Modern.az saytı ədəbi xadimlərlə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan ədəbiyyatında ilk açıq-saçıq roman müəllifi kimi xeyli səs-küy yaratmış, pedaqoq, ədəbiyyatşünas Allahverdi Eminovdu.

- 2013-cü ildə 7 kitabım işıq üzü görüb. Bu il çıxan ilk kitabım “Yollar geri qayıdır“ adlı publisistik monoqrafiyamdı. Keçmiş raykom katibi, millət vəkili və sonradan həbs olunan bir insan barədədir. Bundan əlavə, 25 cildlik “Seçilmiş əsərlərim”in ilk cildi də çap olundu.
“Qapalı kitab” adlanan bu əsərimi müəllimim Mir Cəlala həsr etmişəm. Bilirsiz ki, Mir Cəlalın “Açıq kitab” romanı var. Onun bəzi qəhrəmanlarını romanımda XXI əsrə gətirmişəm. Roman sırf təhsil sistemi və oradakı problemlərlə bağlıdır. Özüm 49 il təhsil sistemində çalışmışam. Keçmiş nazir Misir Mərdanova böyük hörmətim olub. Amma təhsil təkcə bir nəfərlə ölçülmür. Onun vaxtındakı xaoslar, kurrikulum, inteqrasiya və s. müxtəlif terminlər altında Azərbaycan təhsilinə yabançı ənənələri romanda tənqid etmişəm. Təqribən 460-80 səhifəlik romandı. Əsərin qəhrəmanı isə Dəmir Mərdanlıdı. Daha sonra Axundovun yubileyi ilə əlaqədar “Mirzə Fətəli obrazları” adlı müştərək kitabım çıxıb. Nadir Məmmədli ilə birgə yazmışıq. O, dil tərəfini, mən isə ədədbiyyatşünaslıq istiqamətini işıqlandırmışam. İki cildlik “Pedaqogika” dərsliyim də son illərdə çıxıb.

- Demək xeyli məhsuldar işləyirsiniz...

- Bəli, mən çox məhsuldar işləyirəm. Maraqlı budur ki, mən həm professional pedaqoq kimi, həm ədəbiyyatşünas, həm də yazıçı kimi məhsuldar işləyirəm. Bu günlərdə də mənim “Köhnə evdə 3 fəsil” adlı kitabım “Kövsər” nəşriyyatında işıq üzü görəcək.

- Belə məhsuldar işləyirsiniz, bəs niyə bu gün Allahverdi Eminov üzdə deyil?

- Desəm təvazökarlıqdan kənar olacaq. Bunun özü mənfi mənada olan təvazökarlıqdı. İndi biri bir balaca kitab yazır hər yerdə onu təbliğ edir. Amma mən təbliğ etmirəm. Əsərlərim haqqında resenziyalar çıxır. 3-4 il bundan qabaq mənim “İsmayıl Şıxlının poetikası” adlı sanballı monoqrafiyam çıxıb. Çoxdur, hamısını demirəm, “Musa Yaqub yaradıcılığı”, “Mir Cəlalın poetikası” adlı irihəcmli monoqrafiyalarım var. Sonuncu monoqrafiyanın birinci cildi çap olunub, ikinci cildi də çap olunacaq. Özüm professional jurnalist olmuşam. 20 il sovetin vaxtında müxtəlif yerlərdə çalışmışam. Əsərlərimi ona görə yazmamışam ki, soyadımdan götürüm bu gün istifadə edim. Mən sadəcə öz müəllimlərimin borcundan çıxaraq bunları yazmışam.

- Bu gün Azərbaycanda ədəbiyyatın inkişafı sizi qane edir?

- Qane edir deyəndə ki, yazırlar da... Amma mən hələ ki, ortada bir klassik əsər görməmişəm. Povestlər, romanlar yazırlar. İndi təzə dəb gəlib, dedektiv, siyasi dedektiv yazırlar, Qarabağdan yazırlar. Məni düz başa düşün, bu gün bizdə tarixdə qalacaq əsərlər yazılmır. Söhbət bundan gedir. Bu gün əl çalmağa, quru şöhrətə, pafosa gələnlər daha çoxdur. Təbii ki, aralarında istedadlılar da var. Bunlar çox yaxşı yaza bilərlər. Görünür bu da maddi cəhətlə bağlıdır. Mən sovet quruluşunu fetişləşdirmək istəmirəm. Özüm “Maarif” dövlət nəşriyyatında 8 il işləmişəm, baş redaktor olmuşam. Kitabı çap edirdik və dərhal kitabı yaymaqla yanaşı, 5-10 gündən sonra müəllifi çağırmışıq ki, gəlin, qonorarınızı alın. İndi Allahverdi müəllim 200 nüsxə kitab çap edir və onları da avtoqraf kimi paylayır.

- Həm də o kitabları da öz puluna buraxırsınız...

- Bəli, kitabın nəşriyyat xərcindən əlavə, başqa xərcləri də var. Sadəcə, bu elə bir istəkdir ki, onu etməmək mümkün deyil. Özüm professor əvəzi, elmlər doktoruyam. Əlimə 350 manat pul alıram. Bu pulla çıxarıram.

- Hazırda harda çalışırsınız?

- İnstitutun adı belədir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu. Bakı şəhəri üzrə müəllim kadrlar burda yetişir. Pedaqogika kafedrasının dosentiyəm. Xüsusilə də, istərdim ki, təhsillə bağlı danışım. Elə bu yaxınlarda təhsillə bağlı 3 tənqidi məqalə dərc etdirmişəm.

- Yəni, təhsildən bu dərəcədə narazısınız?

- Müəllimlərə mən dərs deyirəm. Onların sosial müdafiəsi, maddi-texniki bazası çox zəifdi. Adamın ürəyi ağrıyır, 120 manat pul alır müəllim. Bunun alimi də 350 manat alır. Burda hansı razılıqdan danışmaq olar. Görünür, razı olan adamlar nəyinsə xatirinə razıdırlar. Amma mən açıq danışıram və açıq yazıram.

- Cəmiyyətin hər bir üzvü bilir ki, müəllim aşağı maaş alır. Bunun səbəbi nədir? Siz bir təhsil işçisi kimi təhsildə bürokratizm görürsünüzmü?

- Bəli, bəli... Amma mən həmişə müəllimlərə deyirəm ki, sizin heykəliniz qoyulmalıdır. Bütün Azərbaycan müəllimlərinin heykəli qoyulmalıdır. Onlar yüksək maaş amilini unudublar. Düşünürlər ki, sanki hər şey elə belə də olmalı imiş. Buna baxmayaraq, onlar yenə öz postlarındadır, möhkəm dayanıblar, bürökratiyadı da bu. Bizdə direktorların 90 faizi yerlərində oturmur. Bir təhsil müəssisəsinin ki, birinci şəxsi yerində deyil, burda necə müsbət şeydən danışmaq olar? Mən həyatım boyu müəllimlər arasında olmuşam. Bir faktı deyim sizə. Bu yaxınlarda “Təzadlar” qəzetində “Kişisiz qalmış siniflər” adlı yazım çıxdı. Bunu sərlövhə xatirinə yazmamışam. Bunun fəlsəfəsi var. Niyə məktəblərdə kişi müəllimlər yoxdu? Bu məqaləni oxuyub biri də reaksiya vermədi. Biri də demədi ki, niyə Allahverdi Eminov bunu yazıb? Aşağı maaşla ailə başçısı necə gedib məktəbdə işləsin?!

- Elə təhsildən danışmışkən, bəs Elmlər Akademiyasında bu gün vəziyyət necədi?

- Mənim orayla elə də bir bağlılığım yoxdu. Amma kənardan deyə bilərəm: mənim yadımdadır ki, Elmlər Akademiyasının müxbir üzvü və həqiqi üzvləri dövlət qəzetində elan olunardı. Biz oxucular da kənardan seçim aparırdıq. Məsələn, deyərdik ki, Cəfər Xəndan seçilə bilər. İndi isə elan vermirlər. Mən başa düşə bilmirəm, bəlkə qapı arxasında edilir bu?! Niyə elan vermirsiniz? Mən də bilim ki, məsələn, bu günləri 10 nəfərdən 3-ü akademik olacaq və doğurdan da bunlar o ada layiqdirlər. Belə olmaz bu elmdir! Bir də görürsən ki, biri adının altından yazır: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. Balam, harda seçildin sən? Seçildin e, düzdü, demirəm seçilmədin. Axı bizim xəbərimiz olmadı? Mən Ali Attestasiya Komitəsindən də narazıyam....

- Niyə?

- Mən oranın işindən çox narazıyam. Hətta tənqidi məqalə də yazmışam. Təsəvvür edin ki, elan edirlər, Arif Babayev professordu, Möhlət Müslümov, nə bilim, hansısa kamança çalan professordu. Mənə təəccüblü gəlir. Mən bu qədər dərslik yazmışam, bu qədər elmi əsərlər, məqalələr yazmışam, bəs niyə professor ola bilmirəm? Düzdü, əvvəllər yəni 30-cu illərdə bu ənənə var idi. Bülbülə, yaxud Moskvadan gəlmiş bir musiqiçiyə professor adı verirdilər. Amma bu 30-cu illər idi. Dissertasiya-filan elə də vacib sayılmırdı. Bunun ömründə bir elmi məqaləsi yoxdu, tərcümeyi-halını yaza bilmir, necə professor ola bilir?! Bu ənənə 30-cu illərdə qurtardı getdi də... Mələkxanım Əyyubova gözəl müğənnimizdi. O gün televizorda elan edir ki, İncəsənət Universitetinin dosentidir. Elmə də bu cür qiymət verərlər? Bu qiymət deyil e, parodiyadır. Bunları yığışdırmaq lazımdı. İndi o dövrdü ki, gəlib görür professor yeri boşdu, onun yerin tutur və sonra da təsdiq olunur. Mənə professor adı vermirlər. Deyirlər ki, sən alim yetişdirməmisən. Alimi yetişdirmək üçün gərək elə bir yerdə işləyəsən ki, maddi imkanın sənə alim yetişdirməyə imkan verə. Həm də kafedrada işləyənlər alim yetişdirirlər. Mən ixtisasartırma institutunda bakalavrlarla işləmişəm. Mənim institutumda aspirant yetişdirmək imkanım yoxdu. Mələkxanım da dosentdi, Məmmədqulu da dosentdi, o da dosentdi, bu da dosentdi. Bu barədə bir məqalə ilə çıxış etdim, heç bir reaksiya da olmadı. Sovet təhsilini fetişləşdirmək istəmirəm. Amma orda qneseoloji, fəlsəfi məqamlar çox güclü idi. Tarçalandan da professor olar?

- Bu cür elmi dərəcəsi olan aktyorlar da var...

- İlham Namiq Kamal professordu. Belə olmaz axı. Gəlsin otursun, Otello obrazını fəlsəfi nöqteyi-nəzərdən təhlil etsin. Görsün ki, Şekspir bunu müsbət qəhrəman kimi yaradıb, yoxsa mənfi qəhrəman kimi? Deyəcək ki, müsbətdi. Halbuki, Otello mənfi qəhrəman olub. O müsəlmandı, ərəbdi. Şekspir də onu türklərə qarşı vuruşdurub. Bunun nəyi müsbət oldu ki...?

- Allahverdi müəllim, keçək ədəbiyyata. Yazıçılar Birliyinə münasibətiniz necədi?

- Mən oranın üzviyəm, Anara da böyük hörmətim var. Amma ora münasibətim yaxşı deyil. Oranın ədəbi mükafatı var. Haçan bilirsən ki, kimə və nə vaxt verildi?! Mənim ədəbi aləmdə dostlarım çoxdu. Kimdən soruşursan, deyir ki, bəli, mənim bir illik filan mükafatım var. Çoxları var, ad çəkmək istəmirəm. Bəs bunu niyə qəzetdə elan etmirsən? Qəzetdə elan et, biz də bilək ki, kimlərə mükafat verilib. Nə bilim vallah, birliyin də bu qədər üzvü olar? Ona görə də Yazıçılar Birliyinə getmirəm. Heç dəyişmək üçün biletimi təhvil də verməmişəm. Məni düz başa düşün, 20 il də Birliyin sədri olmaq olar? Belə olmaz axı. Öz ataları böyük yazıçılar, şairlərdi. Onları hamımız oxumuşuq. Nə qədər gündəmdə o valideynlər olar?! Anadan oldu, vəfat etdi vaxtlarda tədbir, nə bilim adına mükafat. Bu hardan qaynaqlanır? Bunların hamısı Yazıçılar Birliyindən qaynaqlanır. Bu cür şəkildə olmaz axı. Hamımız atamızı, anamızı, əmimizi sevirik. Olanda da bir dəfə olar da. Açırsan “Ədəbiyyat qəzeti” onlardan ötrü sino gedir. Mən bu məqamdan çox narazıyam. Unudulmuş yazıçılar var, onları da yada salmaq lazımdı. Mən ad çəkmək istəmirəm, lap elə ad çəkim, Fikrət Qocanın ilk şeirlər kitabına tələbə olan vaxtı resenziya yazmışam. Böyük–böyük şeirləri əvvəlcə “525-ci qəzetə” verir. O qəzetdə mən özüm də çıxış edirəm. Sonra da səhərisi gün verir “Ədəbiyyat qəzetinə”. “Ədəbiyyat qəzeti”nin redaktoruna deyən yoxdu ki, bu daha çap olunub da. Həftədə 4 səhifə, bəzən də 6 səhifə çıxırsan, hamı da intizarla gözləyir ki, orda çap olunsun. Orda çap olundu oxuduq da bunu...

- Allahverdi müəllim, sizin vaxtilə bir kitabınız görünməmiş tirajla çap olunub...

.... “Payıza qədər” kitabım ilk dəfə 30 min nüsxə, sonra isə 50 min nüsxə ilə çıxdı. İndi də qeyri-leqal çap olunur. Üzün dəyişdirib mənim xəbərim olmadan imzamı verərək, kitabımı çap edirlər. 10 ildi ki, o kitab satılır.

- Əsas səbəb orda tabuları dağıtmaq idi?

- O zaman “Maarif” nəşriyyatında baş redaktor idim, dövlət televiziyasında da “Ziya” proqramını aparırdım. İlk dəfə olaraq bütün tabulara, qadağalara əhəmiyyət vermədən, qadın-kişi münasibətlərini fəlsəfi-psixoloji baxımdan qələmə almışam. İlk dəfə olaraq esse janrında yazılıb. Çox hay-küylə qarşılandı. Bütün tənqidləri səmimiyyətlə qarşıladım. Sadəcə olaraq ürəyimdən keçdi ki, görünür bu kitabı yazmaqda tələsmişəm və nə yaxşı ki, tələsmişəm. Əsər rənglər, rəng çalarlar üzərində qurulub. Təbii ki, mentalitetə görə o qədər də yaxşı qarşılamadılar. Bəziləri çox üzr istəyirəm, pornoqrafiya ilə qarışdırdı. Yüksək səviyyəli resenziyalar da var. Yuxarı dairələrdən də heç bir təzyiq olmadı, çox adi qarşıladılar. Bir müəllif kimi məni incitmədilər, sadəcə çox risklə yazmısan dedilər.

- Gənc yazarlara tövsiyəniz...

- Həyatı duymaq lazımdı. Onlar insan psixologiyasının alt qatına varmırlar. Görünür yaşları çatmır. Bunlar o hisləri duymadan, yaşamadan qadın-kişi münasibətlərindən yazırlar. Mənfi bir qadın obrazı yaradırlar. Ali məktəbdə də dərs deyirəm, 19-18 yaşlıların belə obrazlara, personajlara meylləri var. Nə qədər problemlərimiz var, onlarla maraqlanan yoxdu. Bir az əmmaməçilik var, üslublarından çox narazıyam. Yazdıqlarının nə nöqtəsi var, nə vergülü, qrammatikanı bilmirlər. Adicə vergülü yerində qoya da bilmirlər. Məsələn, “dedi”dən sonra iki nöqtə qoyub təzə sətirə keç də. Onlar bunu etmirlər. Bu üslub dəyişmək deyil ki, cümlə qanunlarıdı. Çox təəssüf ki, naşirlər də qrammatikanı bilmirlər. Demək istəmirəm ki, onlar İsmayıl Şıxlı kimi, Anarın ilk dövrlərində yazdığı kimi yazsınlar.

- O nəsildən də narazısınız?

- Yaxınlarda Əkrəm Əylisli haqqında tənqidi məqalə yazdım və çap olundu, özü də sonuncu qalmaqallı əsəri haqqında yox. Amma onun haqqında da yaza bilərdim. 1982-ci ildə “Gilənar çiçəyinə dediklərim” adlı əsərini tənqid etmişəm. Orda bir erməni universitetin prorektoru idi. Azərbaycan tələbələrinin başına oyun açırdı. O zaman çap etmədilər. O zaman Əkrəmin parlayan vaxtı idi, mənə dedilər ki, “Allahverdi müəllim, nə danışırsız, yaxşı yazıçıdı”, filan. Dedim olsun e, amma mən bu məqamı tutmuşam. Arxivimdə həmin yazını saxlamışdım, son hadisələrdən sonra üzə çıxardım. Bununla da göstərdim ki, “Daş yuxular” onu ilk sayaqlaması deyil. Bu onun içində var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ən çox erotik kitab oxuyan ölkə

    Ən çox erotik kitab oxuyan ölkə ...

    16-02-2014, 21:21

  • 
  • Əkrəm Əylislidən ona qarşı olan həmkarlarına sərt mesaj

    Əkrəm Əylislidən ona qarşı olan həmkarlarına sərt ...

    12-02-2013, 10:10

  • 
  • Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO

    Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO ...

    8-04-2014, 10:41

  • 
  • “Dünyaya nifrət edirəm”

    “Dünyaya nifrət edirəm” ...

    25-12-2013, 23:11

  • 
  • Mir Cəfər Bağırovun xatirəsinin əbədiləşdirilməsi təklif olundu

    Mir Cəfər Bağırovun xatirəsinin əbədiləşdirilməsi ...

    7-01-2014, 14:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu