Müğənni ən böyük arzusunun həyat yoldaşının şəhid olduğu torpaqlarda konsert vermək olduğunu deyib
Şou-biznes Türkiyə mediası bu dəfə əməkdar artist Aybəniz Haşımovadan yazıb. "Haberajans" saytına müsahibə verən müğənni, sənəti və şəxsi həyatından da söz açıb.
Azərbaycanın, eləcə də türk dünyasının tanınmış müğənnilərindən olan, gözəl səsi və sənəti ilə könülləri fəth edən Aybəniz xanımın bütün çətinliklərə, gənc yaşında həyat yoldaşının şəhid olmasına baxmayaraq xalqını səsindən məhrum etməməsi önə çəkilib. Qızı Aynişanı 1 yaşından sonra tək böyüdüb, öz ayaqları üstə durmağı bacardığı qeyd edilib.
A.Həşimova ən böyük arzusunun həyatının eşqi olan həyat yoldaşının şəhid düşdüyü torpaqlarda konsert vermək olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?