Əməkdar artist Aybəniz Haşımova depressiyaya düşüb. Buna səbəb onun sənət dostu və özünün səhhətində yaranan problem və yaxınının itkisi olub.
gundemxeber.az gecce.az-a istinadən xəbər verir ki, bu barədə əməkdar artist "Mənim dünyam" verilişində danışıb:
"Depresiyaya düşmüdüm. Artıq neçə aylar idi efirlərə çıxmırdım. Buna da səbəb mənim 30 illik qarmon ifaçım Rövşən Şəkilinin dünyasını dəyişməsi olub. Ölüm xəbəri sarsıtdı məni. Bütün günü ağlayırdım. 3 ay o, xəstə yatdı, mən də efirlərə çıxmadım. Dünyasını dəyişəndən sonra isə sanki ruhum öldü. Sonra bəstəkar Tahir Əkbər xəstələndi. Çox pis olmuşdum. Hamısı üst-üstə gəlird. Gecənin bir yarısı məni xəstəxanaya apardılar. Ölümdən döndüm. Ondan sonra bir az istirahət etməyi məsləhət gördülər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?