Əməkdar artist Aybəniz Haşımova Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan həyat yoldaşı ilə birlikdə çəkilən fotosunu Facebook səhifəsində paylaşıb.
“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist fotonun altına şeirlə birlikdə həyat yoldaşına olan ürək sözlərini yazıb:
“Dünya çox qəribədir. Çox çalışırsan ki, başını qatasan, amma olmur. İllər ötdükcə bu dünyanın yalan olduğunu daha çox anlayırsan. Hər şey yalan imiş, bir ondan başqa. O, həqiqətin özüdür!
Ölüm!
Hərdən adam bilmir neyləsin, canını hara götürüb qaçsın. Biri var bilirsən dünyada, başqa-başqa ünvanlardasan. Gedib istədiyin vaxt ən azından uzaqdan görəcəksən. Biri də var ki, nə qapısı, nə də bacası var. İndi gəl yaşa görüm necə yaşayırsan. Kaş bizi atıb gedərdin, amma belə dağ qoymayaydın...
Sorğu
Yeni dizaynımız necədir?