“Yeddi il ailəli qaldıq, övladımız olmadı. Hər il “niyə uşaq yoxdur?” söhbətini eşitmək axırda ayrılığa gətirdi. Problemi məndən bilirdilər, müalicə aldım. Axırda həkim dedi ki, problem səndə deyil, həyat yoldaşındadır. Yoldaşım özü bunu bilirmiş, mənə deməyib”.
Bu sözləri müğənni Mənzurə Musayeva ATV-də yayımlanan “1 dəqiqə” verilişində qonaq olarkən danışıb.
Mənzurə daha sonra hamilə qaldığını, lakin uşağı atasız böyütmək istəmədiyi üçün tələf etdiyini açıqlayıb:
“Demək olar ki, ancaq dava-qırğın idi, aramızda soyuqluq yaranmışdı. Belə bir vəziyyətdə uşaq dünyaya gətirmək istəmədim. Həkim də demişdi ki, uşaq problemli dünyaya gələ bilər. Ona görə də uşaq dünyaya gəlmədi. Bu hadisədən sonra həkim bildirdi ki, bir daha ana ola bilməyəcəm”.
Musayeva yoldaşından ayrıldığı ərəfələr həyatdan küsdüyünü, hətta intihar etmək barədə düşündüyünü də etiraf edib.
Ətraflı süjetdə:
Gundemxeber.Az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?