“Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim. Artıq buna fikir vermirəm. Deyirəm ki, eybi yoxdur, atam həmin səhnəni ötürər”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində rejissor Emil Quliyev deyib.
“Pərdə” trilogiyası, “Körpü”, “Əqrəb mövsümü” serialları ilə məşhurlaşan rejissor son filmi olan “Pərdəarxası”na kinoteatrda baxılmamasından şikayətlənib.
“Film çəkmək üçün daha heç kimdən pul istəməyəcəyəm. Kimsə sifarişlə çəkdirmək istəsə, onda razı olacağam”, - deyə o qeyd edib.
E.Quliyev kinodan pul qazanmaqda əsas məqsədinin yeni filmlərin çəkilişi olduğunu deyib:
“Mənim onsuz da qazanc yerim var. Film çəkmək nəyimə lazımdır?! Bunu tamaşaçı üçün edirəm”.
Ətraflı verilişi təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?