Gundemxeber.az » Maqazin » Estoniyanın baş prokuroru: “Kaya Kallas Rusiyaya ekstradisiya oluna bilər”
“Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş Estoniyanın Baş naziri Kaya Kallas hansısa dövlət tərəfindən Rusiyaya ekstradisiya oluna bilər”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri Estoniyanın baş prokuroru Andres Parmas deyib.
Onun sözlərinə görə, bu, bir siyasətçi üçün əsas risklərdən biridir.
“Əgər hər hansı ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, o zaman bizə ancaq qanuna etiraz etmək qalacaq”, - deyə Parmas bildirib.
Onun sözlərinə görə, Kaya Kallas beynəlxalq diplomatik hüquqla qorunmalıdır, lakin Tallin üçüncü ölkələrdən belə müdafiəni tələb edə və ya gözləyə bilməz. Parmas əlavə edib ki, Kallas vəzifəsini tərk edərsə və qeyri-siyasi fiqur kimi səyahət edərsə, risk artacaq.
Xatırladaq ki, Estoniya Baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi üzrə axtarışa verilib. Bu səbəbdən Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan yazılı izahat tələb olunub
Gundemxeber.az
13-02-2024, 15:45
9-03-2021, 10:29
3-09-2023, 22:43
8-06-2016, 12:39
25-08-2016, 16:44
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?