Estoniya hökuməti koronavirusun Böyük Britaniyada aşkarlanan ştammının yayılması ilə əlaqədar martın 11-dən bir ay müddətinə sərt karantin tətbiq edir.
"TASS" verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib. K.Kallas bildirib: "Biz mümkün olduğu qədər ölkəni bağlamağa qərar verdik". Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.
Sorğu
Yeni dizaynımız necədir?