Rusiyanın tanınmış estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə RT ictimai fəal Vitali Borodinə istinadən yazıb.
Borodinin sözlərinə görə, onun Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı sorğusu əsasında Baş Prokurorluq Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.
Qeyd edək ki, Puqaçovanın Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. O, ailəsi ilə İsrailə köçüb. Puqaçovanın həyat yoldaşı tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?