GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidərək insult keçirib

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidərək insult keçirib

Tarix: 6-05-2024, 17:23 Bölmə :Maqazin Baxış: 514

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 192 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir.

GUNDEMXEBER.AZ-in"Qafqazinfo”ya istinadla  məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü hələ də məhkəməyə gəlmir.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan budəfəki iclas da şahidlərsiz keçirilib. Sədrlik edən hakim Azad Məcidov iclasa yenidən çağırışlarına gəlməyən şahidlərdən gileylənməklə başlayıb.
Məlumat üçün deyək ki, məhkəmədən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.

Budəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi olan vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb əvvəlki ifadələrini elan etməyi təklif edib.

"Heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir. Bir neçə yerə müraciət etmişik”-prokuror deyib.

Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: "Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələri - hər yerə müraciət etmişik. Şahidlər göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən, ya bilməyərəkdən cavab vermədi. Nə edək?! Müdafiə tərəfi, siz deyin”.
Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır. Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiya adı ilə maaş yazılmış, amma əslində işə gəlməyən şəxslərin pulunu Maisə Rəhimovaya verib.
Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, M.Rəhimova insult keçirib.
"Səbuhi Hüseynov burada pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub” - hakim Azad Məcidov deyib.
54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.


Maisə Rəhimova

Təqsirləndirilən şəxslər və vəkilləri isə bütün şahidlərin hakim qarşısına çıxmasını tələb edirlər. Səbuhi Hüseynov hesab edir ki, onlara şahidlərin dedikləri əsasında ittiham veriblər, bu səbəbdən də gəlib iclaslarda da danışmalıdırlar: "Şahidlərin dedikləri böyük bir cinayətin üstünü aça bilər. Ekspedisiyada iştirak etməyən şəxslərin pulları mənimsənilib. Maisə Rəhimova isə bu cinayətin təşkilatçısıdır. O, da daxil olmaqla, əsas şahidlərdən biri olan baş mühasib Züriyyə Cəfərova da dindirilməlidir. Tanınmış tarixçi alim mühakimə edilir, şahidlər isə məhkəməyə gəlmir”
Hakim Səbuhi Hüseynovdan olanları dürüst şəkildə danışmasını tələb edib: "Biz neçə müddət iş apardıq, siz ancaq son iclaslarda etiraf etdiniz ki, Maisə Rəhimovaya pul vermişəm. Təklif edirəm ki, hər şeyi düzgün deyəsiniz”.
Gülüstan İsayeva da şahidlərin hər birinin məhkəməyə gətirilməsini istəyir. O, bir-bir ad çəkərək kimlərin nəyə görə hakim qarşısında danışmalı olduğunu elan edib: "Şahidlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sevə-sevə gediblər. Ona görə də məhkəməyə də gəlməlidirlər”.
"Sevə-sevə çətin gələrlər. Amma yenə də gətirməyə çalışacağıq”, - deyə hakim Məcidov prosesi 15 maya kimi təxirə salıb.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.


GUNDEMXEBER,AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq...

    Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq... ...

    30-01-2018, 15:19

  • 
  • Lütfi Zadənin nəşinin Bakıya gətirilmə vaxtı bəlli oldu

    Lütfi Zadənin nəşinin Bakıya gətirilmə vaxtı ...

    24-09-2017, 13:36

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Arif Qazıyev insult keçirdi

    Arif Qazıyev insult keçirdi ...

    25-10-2018, 19:58


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu