Gundemxeber.az » Maqazin » Məşhur prodüser xərçəngə tutuldu
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyndə xərçəng aşkarlanıb.
Gundemxeber.az xəbər verir ki, həbsxananın xəstəxanasında müalicə alan 72 yaşlı keçmiş prodüserə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub.
Qeyd edək ki, 2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.
Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. Bundan əvvəl o, ürək əməliyyatı keçirib.
Gundemxeber.az
25-02-2020, 11:19
1-05-2018, 17:19
8-08-2014, 02:45
5-09-2024, 21:40
3-04-2017, 15:50
Sorğu
Yeni dizaynımız necədir?