Gundemxeber.az » Maqazin » Alla Puqaçova və Maşa Rasputinaya qarşı planlaşdırılmış sui-qəsd cəhdlərinin üstü açıldı
Rusiya şou-biznesinin "xaç atası" ləqəbli iş adamı Gennadi Snustikov "Pust qovoryat" verilişində 90-cı illərdə bəzi şəxslərin müğənnilər Alla Puqaçova və Maşa Rasputinanı öldürməyi planlaşdırdıqlarını açıqlayıb. GundemXeber.Az xarici mediaya istinadla xəbər verir ki, Snustikovun sözlərinə görə, müğənnilərin qətli ciddi dairələr tərəfindən sifariş edilib. O, hadisənin motivləri barədə danışmaqdan imtina edib.
"Mən müdaxilə etməli və bunun qarşısını almalı oldum", - deyə Snustikov vurğulayıb.
Qeyd edək ki, 90-cı illərdə Gennadi Snustikov təkcə iş adamı deyil, həm də tanınmış kriminal avtoritet olub. O, dəfələrlə şou-biznes nümayəndələrinin problemlərini həll etməyə yardım edib, eyni zamanda onlara bahalı hədiyyələr bağışlayıb.
Son illərdə isə Snustikov görmə qabiliyyətini itirib və milyonluq sərvətindən heç nə qalmayıb.
GundemXeber.Az
1-04-2014, 10:49
31-07-2017, 17:18
19-07-2024, 23:14
18-09-2017, 11:38
1-03-2024, 22:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?