Gundemxeber.az » Maqazin » Alla Puqaçovanın limuzinində "bomj"lar məksunlaşıblar
Ötən əsrin 90-cı illərində Alla Puqaçova 10 metrlik "Hummer" limuzini ilə Rusiya paytaxtını gəzən yeganə müğənni idi.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, çəhrayı salonlu ağ avtomobili müğənniyə doğum günündə Allanın həmin illərdə evli olduğu Filipp Kirkorov hədiyyə edib.
Boşandıqdan sonra Puqaçova nədənsə limuzini Kirkorova qaytarıb. Lakin sonuncu avtomobili sürməyib və hətta hərraca çıxarmaq barədə də fikirləşib.
Model unikal olduğundan, Amerikada sifarişlə hazırlanıb və 250 min avroya başa gəlib.
Sonradan Filip hərrac ideyasından imtina edib və avtomobili Rusiya Avtomobil Muzeyinə göndərmək qərarına gəlib. Ancaq bu da baş tutmadığından limuzin bütün bu illər ərzində ifaçının 92 yaşlı atasının həyətində dayanıb.
Üç ay əvvəl avtomobil yoxa çıxıb və yalnız təzəlikcə Krasnodar diyarında, tarlada tapılıb. Bir vaxtlar şou-biznes ulduzlarını daşıyan maşında indi evsizlər məskunlaşıblar. Maşının bütün kuzovu artıq paslanıb və model çoxdan dəbdən çıxıb.
Gundemxeber.az
1-04-2014, 10:49
31-07-2017, 17:18
2-09-2013, 12:43
4-07-2013, 00:36
1-03-2024, 22:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?