Rusiyanın Moskva vilayətində məşhur rusiyalı müğənni Aleksandr Buynov idarə etdiyi avtomobil ilə təqaüdçü qadını vurub.
Gundemxeber.az xarici mediaya istinadla məlumat verir ki, Naro-Fominsk rayonunda baş verən hadisə zamanı sənətçi idarə etdiyi "Lexus LX 570" markalı yolsuzluq avtomobili ilə piyada keçidindən yolu keçən 61 yaşlı qadına çırpılıb.
Qadın müxtəlif dərəcəli xəsarətlər alıb, xəstəxanaya aparılıb.
"Mash"ın qeyd etdiyinə görə, ötən il ərzində Buynov 32 dəfə yol hərəkəti qaydalarını pozub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?