Amerikalı müğənni Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində pulsuz konsert verib.
Gundemxeber.Az xarici mediaya istinadla xəbər verir ki, iki milyondan çox insan iştirak edib.
Ulduz ifaçının çıxışı Rio-de-Janeyronun iqtisadiyyatını canlandırmaq məqsədilə şəhər tərəfindən ödənilib. Konsertin yerli iqtisadiyyata 100 milyon dollar gəlir gətirəcəyi düşünülür.
Ledi Qaqanın konsertinin təhlükəsizliyini 5 min polis əməkdaşı təmin edib. Bütün tamaşaçılar metal detektorlardan keçirilib.
Ledi Qaqa Rio-de-Janeyroda pulsuz konsert verən ilk dünya məşhuru deyil. 2024-cü ilin may ayında Madonna Kopakabana çimərliyində öz şousunu nümayiş etdirib, bunun da pulunu şəhər ödəyib.
Həmin vaxt ulduzun konsertini 1.6 milyon tamaşaçı izləmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?