"Bir müddətdir foto paylaşmadığımı anladım, ümid edirəm ki, bir neçə cümlə ilə yazsam, heç kimi narahat etməz. Bu həyatda əldə etdiyim ən böyük nailiyyət əsl həyat yoldaşı seçməkdir”.
Gundemxeber.az xəbər verir ki, bu sözləri model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel yazıb.
O bildirib ki, var-dövlət və məqam onun üçün həmişə müvəqqəti dünyəvi şeylər olub:
“İnsan təbiəti və xasiyyəti doğulduğu anda tam olmaq, çoxalmaq, sağ qalmaq istəyir.
Uğur, pul, şöhrət, gənclik çox keçici şeylərdir.
Uşaqları olmayan dostlarımın hamısı çox gənc öldü. Mən demək istəmirəm ki, onların uşaqları olmayıb. Bunu ona görə deyirəm ki, onlar həyatda məna və əhəmiyyət axtarışlarını erkən itirdilər. Var-dövlət və məqam mənim üçün həmişə müvəqqəti dünyəvi şeylər olub, amma Allaha şükürlər olsun ki, mənə hər şeydən bir tikə bəxş edib, artıqlaması ilə. Bütün yaşadıqlarımızdan sonra bu həyatda sizə investisiya məsləhəti verə biləcəyim tək bir şey var: əsl sevgi.
Sevgiyə və sevilməyə sərmayə qoyun, dostlarım, bank hesablarına deyil.
Və doğru insanı tapmağa çalışın! Çünki sonrakı illərdə nə demək istədiyimi daha yaxşı anlayacaqsınız".
Qeyd edək ki, Tolqa Karel "Yaprak dökümü" serialı ilə məşhurlaşıb. O sonra aktyorluq fəaliyyətinə son qoyub, Amerikaya köçüb orada ailə qurub. Karel Amerikada TIR sürücüsü olaraq çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?