Gundemxeber.az » Maqazin » Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”.
Bu sözləri Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlamasında deyib.
O bildirib ki, dələduzluqda ittiham olunaraq həbs edilən müğənninin ev dustaqlığına buraxılması məsələsində də bir yenilik yoxdur:
“Rəqsanə xanımın işində bir yenilik yoxdur. Biz də işlərimizi görürük. Prosesdə yenilik olsa, mediaya açıqlama verəcəyəm”.
Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Bir müddət öncə müğənninin vəkili Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması üçün müraciət ediləcəyini açıqlamışdı.
Xatırladaq ki, cinayət işi ilə bağlı müğənninin həyat yoldaşı Fazil Əmiraslanovun da ifadəsi alınıb. Polisə çağırılan F.Əmiraslanov istintaqın suallarını cavablandırıb.
Gundemxeber.az
1-04-2016, 15:45
4-02-2014, 15:50
9-07-2014, 14:06
10-01-2015, 23:59
8-01-2016, 12:37
Sorğu
Yeni dizaynımız necədir?