GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ramiz Mehdiyevin də «varis planı» var imiş

Ramiz Mehdiyevin də «varis planı» var imiş

Tarix: 30-12-2012, 11:02 Bölmə :Maraqlı Baxış: 1 615
Ramiz Mehdiyevin də «varis planı» var imiş

Naxçıvanlı qruplaşması PA rəhbərliyinə kimi hazırlayır?

gundemxeber.az Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yeni müavinlərin təyin edilməsi heç də birmənalı qarşılanmadı. Doğrudur, sonradan bəzi mətbu orqanlarda bu təyinat fərqli formada təqdim olundu və bu zaman ikiləşmə də nəzərdən yayınmadı. Bir qrup iddia etdi ki, əslində yeni təyin olunan müavinlər Ramiz Mehdiyevin köməkçiləridir və əslində vəziyyət heç də dəyişməyib. Başqa bir qrup isə iddia etdi ki, yeni təyin olunan 4 müavindən üçü dünənə qədər konkret olaraq Ramiz Mehdiyevin əleyhinə fəaliyyət göstərdiklərindən və yaxud da PA şefinə qarşı əks cinahda dayandığından baş verənlər birbaşa olaraq «boz kardinal»a qarşı yönəlib.
Hər halda, bütün tərəflərin özünəməxsus arqumentləri olsa da, burada kifayət qədər fərqli məqamların olması da nəzərdən yayınmadı. Söhbət ondan gedir ki, PA rəhbərinə yeni müavinlərin təyin edilməsi məhz ona qarşı kəskin hücumların baş qaldırdığı bir zamana təsadüf etdi və bu bir faktdır ki, artıq Ramiz Mehdiyevin zərərsizləşdirilməsi yönündə çox ciddi addımlar atılır ki, bu da ona yeni köməkçilərin yox, yeni problemlərin bəxş edilməsi arqumentini gücləndirmiş olur. Onu da bildirək ki, redaksiyamıza bu təyinatlarla bağlı ilginc bir izahat xarakterli məlumat da ötürülüb. Özünü hakimiyyətə yaxın birisi kimi təqdim edən naməlum mənbənin redaksiyamıza yazdıqlarını sizinlə bölüşmək qərarına gəldik: «Mən hakimiyyətdə uzun müddət təmsil olunan birisiyəm və istəyirəm ki, bildiklərimi sizinlə paylaşım. Prezident Adminstrasiyasında son təyinatlardan sonra naxçıvanlılar qruplaşmasında ciddi yerdəyişmələr müşahidə olunmaqdadır. Təyinatlardan öncə Ramiz müəllimin ən yaxın adamı Əli Həsənov sayılırdı və demək olar ki, bütün işlər onun vasitəsilə həyata keçirilirdi. Əli Həsənov da öz növbəsində Ramiz Mehdiyevin kölgəsində güc toplamaqla məşğul idi, lakin son təyinatlar bu qruplaşmaya bir çox problemlər yaratdı».
Daha sonra Əli Həsənovun iqtidardakı dəstəkverici güclərindən danışan mənbə iddia edir ki, ona yaxın olan fiqurlar arasında Səttar Mehbalıyevin, İbrahimov qardaşlarının və digərlərinin adlarını çəkə bilər: «İndi vəziyyət tamam fərqlidir. Ramiz Mehdiyev çox zəifləyib. Arxalana biləcək çox az adamı var. Müavinləri birbaşa olaraq ona rəqibdir və onlarla yol gedə bilməz. Qalır ancaq Əli Həsənov. Amma ona da etibar edə bilməz. Çünki Əli Həsənovun özü də naxçıvanlılar qruplaşmasının bəzi üzvləri ilə danışıqlar aparır və əsas məqsədi Ramiz Mehdiyevə qarşı mübarizə aparan qrupda təmsil olunmaqdır. Amma buna qədər Gənclər və İdman Naziri Azad Rəhimova qarşı kompramatlar toplamaq, onun əleyhinə təbliğat aparmaq barədə tapşırıqlar alıb. Buna paralel olaraq Əli Həsənova yaxın mətbuatda xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə vurulur ki, bu da bəlli bir planın tərkib hissəsidir».
Daha sonra Ramiz Mehdiyevin gedişinin labüdlüyündən danışan mənbəmiz iddia edir ki, onun yerinə ən şanslı namizədlərdən biri elə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur: «Əli Həsənovun bu posta gətirilməsi üçün naxçıvanlılar qruplaşmasının bəzi üzvləri indidən hərəkətə keçiblər. Ona görə də Əli Həsənovun bəzi dairələrlə münasibətlərini ən azından qaydasına salması lazımdır ki, baş verəcək təyinata kimsə mane olmasın. Ramiz Mehdiyev isə kifayət qədər zəiflədiyindən bu proseslərin qarşısını ala bilməz. Sadəcə olaraq, bir yaxın adamı kimi Əli Həsənovun varisliyi üzərində düşünə, baş sındıra bilər».

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP da Ramiz Mehdiyevə qarşı çıxır

    YAP da Ramiz Mehdiyevə qarşı çıxır ...

    26-12-2012, 12:19

  • 
  • Ramiz Mehdiyevə qarşı böyük şəbəkə

    Ramiz Mehdiyevə qarşı böyük şəbəkə ...

    5-03-2013, 10:43

  • 
  • Ramiz Mehdiyevin ətrafında minalanmış zona

    Ramiz Mehdiyevin ətrafında minalanmış zona ...

    20-01-2013, 13:40

  • 
  • Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı

    Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı ...

    23-10-2013, 16:42

  • 
  • Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı

    Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı ...

    16-12-2012, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu