Ayxan Məmmədovun MTN-ə məxsus hərbi hissədə xidmət keçməsi və ya onun avtomobillərinin dövlət nömrə nişanındakı SV, SF hərflərinin sirri
Adı Gülər Əhmədovanın video qalmaqalında vasitəçi kimi hallanan,sonradan Türkiyədə müəmmalı şəkildə vəfat edən, Sevinc Babayeva və oğlu Ayxan Məmmədov haqqında ilginc məlumatlar əldə etmişik. Bu haqda yayılan məlumatlara görə, Ayxan Məmmədov heç vaxt anası Sevinc Babayeva ilə bir mənzildə yaşamayıb. Bakıda iki yerdə, Sahil metrosu yaxınlığında və Mətbuat prospektində evi olan Sevinc Babayevanın oğlu Ayxan Mir Cəlal küçəsində yerləşən mənzildə baba-nənəsi ilə birgə yaşayırmış. Buna baxmayaraq Sevinc Babayeva oğlunu heç zaman maddi sıxıntılar çəkməyə qoymayıb. Ayxan Məmmədovun həm də yaxşı "avtoş"luq bacarığı olduğundan anası mütəmadi olaraq ona yeni avtomobillər alırmış.Onun idarə etdiyi maşınlar arasında 10 SV 157 dövlət nömrə nişanlı ağ "Mersedes" və 10 SF 272 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillərin olduğu da bildirilir. Qəribə burasındadır ki, Ayxanın idarə etdiyi avtomobillərin nömrələrində adətən ya SV, ya da SF yazılırmış. Əldə etdiyimiz məlumata görə, Sevinc Babayevanın evinə və Ayxanın yaşadığı mənzilə Hacı Vidadi adlı bir şəxs gəlirmiş. Ayxan Babayev isə həmin şəxsə ata deyə müraciət edirmiş. Mümkündür ki, dövlət nömrə nişanında yazılan SV hərfləri Sevinc Babayevanın və Hacı Vidadinin adlarının baş hərifləri olduğu səbəbilə yazılıbmış. Elşad Həmidov adına 267 saylı orta məktəbi bitirən Ayxan Məmmədov hərbi xidmətini də Zığda yerləşən Milli Təhlükəsizlik Nazirliyinə məxsus hərbi hissədə çəkib. Ayxan Məmmədovun anasının hesabına şou-biznes adamları ilə də yaxşı münasibətləri olduğu deyilir. Onun Mir Cəlal küçəsi, 36-da yerləşən mənzilinə tez-tez Ədalət Şükürovun, Manannanın gəldiyi bildirilir. Əldə etdiyimiz məlumata görə, Mir Cəlal küçəsindəki ev bəzən "razborka" məkanı da olurmuş. Belə ki, Sevinc Babayeva iş gördüyü adamlarla bəzən ortaya çıxan problemləri də bu evdə "həll edirmiş" Malik
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?