Ölkədə yüngül metal sənayesinə kimlər sahiblənmək istəyir?
Dünyada alüminiumun qiyməti hər gün dəyişir, bu isə Azərbaycan metallurqlarını maraqlandırır. Çünki, alüminiumun çoxu ixrac edilir. Martın 5-dən aprelin 4-ə qədər London metal birjasında alüminiumun 1 tonunun qiyməti $1672-dan $1810-a bahalanıb. İlin əvvəlində qiymətlər $1700-dan az idi, halbuki bir il əvvəl 1 ton $2000-a satılırdı. Dövlətstatkomda bildiriblər ki, 2013-cü ildə 53,3 min ton alüminium istehsal edilib. İl ərzində giltorpaq və alüminium ixracı illik hesablamada 13% azalaraq $82,8 mln olub. Bu, təkcə qiymət amili ilə yox, həm də qismən yerli bazarda satılan yarımfabrikatların istehsalının qaydaya düşməsi ilə bağlıdır. Bu ilin 2 ayında alüminium və məmulatlarının ixracı ($12,9 mln) da 4,3% azalıb. Azərbaycan alüminiumu biznesi uğrunda mübarizə də güclənir. 2006-cı ildə Hollandiyanın “Fondel Metal” şirkəti faktik olaraq Azərbaycandan çıxarılıb: bu şirkətlə 25 illik saziş (2002-ci ildə imzalanıb) investisiya öhdəliklərinə əməl etməmək faktına görə ləğv edilib. Sonra qeyri-şəffaf bioqrafiyalı Det.Al (qeydiyyat ölkəsi və təsisçiləri açıqlanmır) peyda olub, o da “Azəraluminim” ASC ilə qarşılıqlı münasibətlərdə müəyyən hüquqlar əldə edib. 2008-ci ilin böhranına kimi “Azəraluminim” ASC sərbəst təsərrüfat fəaliyyəti ilə məşğul idi. 2009-cu ilin I rübündə ASC-nin Sumqayıt və Gəncədəki müəssisələri alüminiumun ucuzluğu səbəbindən dayandı. O vaxt məlum oldu ki, “Azəraluminim”un naməlum kreditorlara küllli miqdarda borcu var. AMB iki tranşla şirkətə (141 mln və 61 mln manat) 10 illiyə 3%-lə kredit ayırdı. Böhran arxada qaldı. Amma məlum oldu ki, “Azəraluminim” daha müstəqil fəaliyyət göstərə bilməyəcək. Det.Al Holding bu vaxt öz istehsal kompleksini tikməyə başladı. 2011-ci ildə Gəncədə gücü 50 min ton olan ilkin alüminium zavodu istismara verildi. 2013-cü ilin mayından alüminium yarımfabrikatları istehsal edən zavodlar (metal əridilməsi və prokatı zavodu, təzyiq altında emal və boyama zavodu) işə başladı. Bu il Det.Al elektroliz zavodunun ikinci mərhələsini istismara verib, müəssisənin gücünü 100 min tona çatdırmaq istəyir. Det.Al Aluminiumun yeni müəssisələrinin açılışında prezident İlham Əliyevlə yanaşı ƏMDK sədri Kərəm Həsənov da iştirak edir. Bu yaxınlarda Det.Al sonrakı 3 il üçün iddialı planlar açıqladı. Şirkətin maraq dairəsində “Azəraluminim” ASC-nin müəssisələri də var. Şirkət elektroliz zavodunun gücünü 200 000 tona çatdırmağı, gücü ildə 125.000 ton olan Anod zavodu tikməyi planlaşdırır. Həmçinin Sumqayıt Alüminium Zavodunu son texnologiyalara uyğun yenidən qurmağa hazırlaşır. Gəncə giltorpaq zavodu da yenidən qurulacaq, alüminium oksidi istehsalı ildə 450.000 tona çatdırılacaq. “Azəraluminim” ƏMDK-nin tabeliyindədir. Komitə bir dəfə də olsun “Azəraluminim” ASC-nin fəaliyyətinin bərpası planını açıqlamayıb. Det.Al Holding-in planları da bildirilmir. Turac
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?