Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb
Azərbaycan Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb. Bu rəqəmlər 2012-ci ilin müvafiq ayında ixrac edilən benzindən 38 dəfə azdır. Ümiyyətlə 2013-cü il ərzində benzin ixracı əvvəlki ilə nisbətən 4,2 dəfə azalıb. Dizel yanacağının ixracında azalma isə 2.3 % civarında olub.
Ekspertlər azalmanı ölkəmizdə nəqliyyat vasitələrinin son illər artması ilə bağlayırlar. Avtomobiilərin sayının artması dövləti istehsal olunan benzini daxili təlabatı ödəməyə cəlb etməyə vadar edir.
Benzin ixracının azalması 2013-ci ilin yayından xüsusilə hiss olunur. Avqust ayında satış birdən birə 608 tona endi, oktyabrda isə ümumiyyətlə ixrac olmayıb. Noyabr və dekabrda isə ixracın həcmi cüzidir.
Mütəxəssislər deyir ki, gələcəkdə ölkənin daxili təlabatına cəlb olunan yanacağın həcminin artırılması zəruri olacaq. Bunun üçün isə dövlət bir sıra addımlar atmalıdır.
Hökümət də öz növbəsində bütün resursları daxili bazara yönəlmək istəyir. Dövlət Neft Şirkəti rəsmilərinin sözlərinə görə, 2014-cü ildə qurumun hasil etdiyi neftin ixracı tamamilə dayanacaq. Bu xammal benzin istehsalına yönələcək. Bundan başqa yeni neft emalı zavodunun tikintisi də benzin istehsalının artımına səbəb olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?