GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar

Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar

Tarix: 15-04-2014, 10:34 Bölmə :Maraqlı Baxış: 2 401
Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar
Paytaxtda dönər satışı insanlar üçün əsl epidemiya mənbəyidir

Yəqin ki, bir neçə gün öncə dönərxanaların birində siçovulun dönər əti üstündə “əyləndiyini” izləmişdiniz. Bu hər kəsin narazılıq və narahıtlığına səbəb oldu. Biz də ən sevimli fəst fud yeməklərindən birinin keyfiyyəti və sanitar vəziyyəti barədə araşdırma aparmağa qərara aldıq. Ümumiyyətlə, görəsən, Bakının dörd bir yanında fəaliyyət göstərən bu dönərxanalar aidiyyatı qurumlardan sertifikat alıblarmı?
“Memar Əcəmi” metrosu ətrafında araşdırmaya start verdik. İlk araşdırmamız “Kardeşler” restoranındakı dönərxana oldu. Küçədən dönərə baxanda insan restorana yaxınlaşmaq istəyir. Biz də yaxınlaşdıq və dönərin ətinin sertifikatının olub-olmadığını soruşduq. Özünü təqdim etməyən şəxs ilk əvvəl kobudluqla bizi qarşılasa da, jurnalist vəsiqəsini təqdim etdikdən sonra suallarımızı cavablandırdı. Bildirdi ki, həmin sənədlər var, lakin hazırda restoranda deyil, obyektin sahibindədir və mərkəzi ofisdə saxlanılır. Varlığını eşitsək də, sertifikatın özünü görməyib yolumuza davam etdik.
“Dayının Basdırma Dönəri”ni görmək üçün onun yanına getdik. Bizi dayı deyil, cavan dönərçi qarşıladı. Ətin sertifikatını soruşduq və fürsətdən istifadə edib gigiyenik vəziyyətə baxdıq. Dönərçi sənədi axtarsa da, tapa bilmədi. Müdirə zəng edib sertifikatı soruşdu. Telefon danışığından sonra həmin cavan bildirdi ki, sertifikat müdirdədir, əti qarşıdakı dükandan alırıq. İçəridə gigiyenik vəziyyəti qənaətbəxş saymaq olardı.
Dönərə baxış üçün “Elif Marmaris”, “Antep Lahmacun” restoranlarına və “Arzu” şirniyyat evinə yaxınlaşdıq. Hər üç obyektin nəzarətçiləri sertifikatın olduğunu söylədi, ancaq sertifikatın müdirdə olduğunu bilsək də, müdirin harada olduğunu nə vaxt gələcəyini bilmədik. “Elif Marmaris”in administratoru dönərə yaxın gəlməyə qoymadı və hətta şəkil çəkməyə icazə vermədi. “Antep Lahmacun”un kassiri dönərə baxış keçirməyə imkan yaratdı. Gigiyenik vəziyyəti burada da qənatbəxş hesab etmək olardı.
“Arzu” şirniyyat evində xanım az qalsın, bizi döyəcəkdi. Ancaq vəsiqəni tələb etdikdən sonra xanım arada bir təbəssüm etməyə başladı. Burada gigiyenik vəziyyətin əvvəlkilərə nisbətən zəif olduğunu gördük.
Araşdırmanın davamında sertifikatı olan ilk dönərxana çıxdı. Açığı bizi bu heyrətləndirdi. Çünki, əvvəlki araşdırma apardığımız dönərxanalara nisbətən bu obyektin bahalı və cəlbedici reklam lövhəsi yox idi. “Basdırma dönər” yazısı ilə dönər satan bu cavan oğlanı sertifikatla da şəklini çəkdik. Obyektin gigiyenik vəziyyəti normal idi. Daha bir sertifikatı olan “Türkoğlu” restoranı idi. Obyektin sahibi bizə sənədi göstərsə də, şəkil çəkməyə icazə vermədi. Burada da obyektin gigiyenik vəziyyətini normal gördük.
“Başkent Lahmacun”da araşdırmamızı davam etdirdik. Burada gigiyenik durum normal olsa da, gigiyenik sertifikatı görə bilmədik. Özünü təqdim etməyən şəxs bildirdi ki, ət və gigiyenik qaydalarla bağlı sertifikatların obyektin sahibindədir. Həmin şəxsin icazəsi ilə içəridə dönərin şəkillərini çəkdik.
Növbəti araşdırmamız paytaxtın bir çox yerlərində fəaliyyət göstərən “Çudo Peçka” şirniyyat şəbəkəsində davam edir. Burada hər bir şəraitlə tanış edən administrator sertifikatların surətinin dönərin satıldığı yerdə divara vurulduğunu söylədi. Biz də həmin sertifikatları müdirlərin evlərində deyil, məhz dönərin satıldığı yerin divarında gördük. Gigiyenik vəziyyət də gözqabağında idi.
“Çudo Peçka”dan ayrılıb “möcüzə” dolu dönərxanaya getdik. Bu dönərxananın xüsusi özəlliyi bu idi ki, sağında zibil yeşikləri , solunda isə tualet var idi. Yaxınlaşıb dönərə baxmaq istədik. Dönərin satışının olmadığını görəndə sevindik. “3-cü mikrorayon” dairəsindəki dönərxanalar avtobus dayanacaqlarının qarşısında idi. Tüstüdə insanlar bu dönərlərdən yeyirdilər. Gigiyenik qayda da bərbad idi. Dediklərinə görə isə, sertifikatlar dönərxana sahiblərindədir.
Daha acınacaqlı vəziyyət “Velotrek” ticarət mərkəzindəki dönərxnalarda idi. Burada da insanlar dönər alırdılar. Sumqayıt maşınlarının və avtobusların yarımmetrliyində fəaliyyət göstərən dönərxanaların gigiyenik vəziyyətinə baxmaq isə hər oğulun işi deyildi. Tüstüdən və tozdan hər şey görünürdü. Üstəlik həmin yerdə ətin necə hazırlandığını da gördüm. Kaş görməsəydim...
Gigiyena və Epidemiologiya Mərkəzindən Araşdırmanı sona çatdırıb Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev ilə əlaqə saxladıq. İmran Abdullayev bildirdi ki, indiyənə qədər 5 müəssisəyə çiy dönərin istehsalı ilə bağlı sertifikat verilib: “Sumqayıt şəhərində “Sultan” restoranı nəzdində fəaliyyət göstərən dönərxanaya sertifikat təqdim edilib. Ancaq müəssisə daxilində çiy dönərin satışına icazə verilib, kənar yerlərə çiy dönərinin satışına ixtiyarı yoxdur. Abşeron rayonu Məhəmmədi kəndində Hilal Aqro müəssisəsinə sertifikat verilib və bu müəssisə çiy dönərin istehsalı və topdansatışına icazə vermişik. Ötən il “Böyük Fırat” restoranlar şəbəkəsi və “Çudo Peçka” şirniyyat mərkəzlərinə sertifikat təqdim olunub. Bundan əvvəlki illərdə də sertifikat verilib, ancaq həmin müəssisələr hazırda fəaliyyət göstərmir. Dönər istehsalına icazə verilən müəssisələr yalnız bunlardır. Yoxlamalar zamanı mərkəzin iş prinsipi dönər ətinin mənşəyinin müəyyənləşməsidir. Yəni dönər satılan yerdə ətin sertifikatsız hazırlanması qanunsuzdur. O ki, qaldı dönərxanaların özlərinin gigiyenik durumuna, biz onlarla daim tədbirlər görürük, bir çoxlarını bağlayırıq. Ancaq burdan bağlayırsan, gedib ayrı yerdə dönərxana açır. Bu işdə məsuliyyətin böyük bir hissəsi də ticarət mərkəzlərinin sahiblərinin üzərinə düşür. Çünki, onlar mənfəət əldə etməyə xatir 2-3 kv.metrlik bir yer verir və nəticə də göz qabağında olur.”
E.QASIMOV

Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar
Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar
Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar
Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakı Baş Baytarlıq İdarəsində “dönərxana biznesi”

    Bakı Baş Baytarlıq İdarəsində “dönərxana biznesi” ...

    19-05-2014, 10:42

  • 
  • Bakı şəhər Baş Baytarlıq İdarəsi dönərxanalardan nə qədər qazanır?

    Bakı şəhər Baş Baytarlıq İdarəsi dönərxanalardan ...

    18-02-2014, 13:01

  • 
  • Şadlıq saraylarında reydlər keçiriləcək

    Şadlıq saraylarında reydlər keçiriləcək ...

    25-11-2013, 17:19

  • 
  • Avro-4 sertifikatının rüsumu 52 manat olacaq

    Avro-4 sertifikatının rüsumu 52 manat olacaq ...

    28-01-2014, 09:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu