GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bir qanlı şəkilin tarixcəsi

Bir qanlı şəkilin tarixcəsi

Tarix: 17-04-2014, 09:59 Bölmə :Maraqlı Baxış: 4 193
Bir qanlı şəkilin tarixcəsi
Asəf Mütəllimov haqda nələr bilirik?

Əlimə bir şəkil keçdi, döyüşçülər bir PDM-in yanında. Müharibə dövründə belə şəkillər çox çəkdirirdilər. Amma diqqətimi çəkən şəkilin qanlı ləkələr içində olması idi. Mən bu şəkilin tarixçəsini öyrəndim və bu qəhrəman şəhid qardaşımızın keçdiyi döyüş yolundan axırıncı epizodu sizə çatdırmaq istəyirəm.
Mərzili qəhrəmanı Asəf Mütəllimov onun dostlarının xatirəsində
Asəf 1992 – ci ilin mayından bizim batalyonda rota komandirinin müavini kimi hərbi işini davam etdirirdi. Sonra Ağdama yola düşdük, Birinci dəfə Naxçıvanik istiqamətində hücumda olduq. Asəf tankçı idi, tank ekipajının komandiri kimi hücuma keçmişdi. Bu döyüşdə o, düşmənin bir tankını və bir topunu sıradan çıxardı. 40 dəqiqəlik döyüşdə altı kənd azad olundu. Bu qələbədən sonra Asəfgili Ağdərə istiqamətində döyüşə göndərdilər. Onlar Ağdərə yanacaqdoldurma stansiyasını partlatmış, bir BMP vurmuşdular. Sonra Asəf mütəxəssis kimi Lənkərana göndərilir, orada tankların ruslardan təhvil götürülməsində iştirak edir və Ağdama aparır. Qarakənd , Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərdə şücaət göstərir. Sırxavənd uğrunda döyüşlərdə Asəfgil düşmənin bir tankını, bi “ZİL” markalı maşınını və çoxlu döyüş sursatını ələ keçirirlər. Asəf qəhrəmanlığı, cəsarəti ilə həmişə hamıya nümunə Asəf döyüş texnikasını xüsusi ustalıqla təmir edirdi, öz maşını isə həmişə döyüşə hazır vəziyyətdə olurdu. İyunun 12- də ermənilərin Şelliyə hücumu zamanı öz maşını ilə düşmənin geri oturdulmasında xüsusi məharət göstərdi. Həmin günün ikinci yarısında xəbər gəldi ki, ağır texnika ilə Ağdamın cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Asəf və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər. Düşmən nəinki Yusifcanlıya girə bilmədi, Mərzilidən çıxıb geri çəkildi. Bu döyüşdə Asəfin PDM-i iki ağır zərbə alaraq döyüşə yararsız vəziyyətə düşdü. Maşını silahdaşlarından birinə verib, hissəyə aparmasını tapşırdı, özü isə ekipaj yoldaşı olan Şaiq Kəlbiyev ilə birlikdə heç bir göstəriş almadan düşmən əlində olan əraziyə kəşfiyyata getdi. Onlar tam yeni quruluşlu bir döyüş maşını gördülər. Maşın sahiblərini – üç ermənini öldürüb, cəld maşına əyləşib öz hissələrinə doğru sürət götürdülər. Bundan xəbər tutan düşmənlər onları aramsız top atəşinə tutmağa başladılar. Məqsəd maşını xilas da olmasa, məhv etmək idi. Asəf isə döyüş maşınını sağ-salamat hissəyə gətirib, sevincək maşından çıxdı. Amma bu sevinc çox çəkmədi. Elə bu zaman bilavasitə döyüş maşınna tuşlanmış top mərmisi maşının yanında partladı. Ağır yaralanmış Asəfi Ağdam qospitalına gətirdilər. Bütün rəhbər zabitlər qospitala gəldilər, baş həkimlə görüşdülər. Asəfi həyata qaytarmağı xahiş etdilər. İki gün ağır yaraların ağrısına dözən Asəf iyunun 14-də axşamüstü dünyasını dəyişdi. Allah onu rəhmət eləsin! Onun cibindən iki qana batmış şəkil çıxdı.
İki qana batmış şəkil
Asəf Mərzili döyüşlərində düşmənin döyüşçülərlə dolu “Kamaz” maşınını, içində əskər və zabitlər olan (sonradan bilindi ki) bu Monte Melkonyan imiş. UAZ maşınını, 1 düşmən PDM- ni məhv edir. Bir düşmən PDM-ni döyüşə yararlı vəziyyətdə ələ keçirdir. Bütn bunlara görə Asəf Mütəllimov Milli Qəhrəman adına təqdim edilir. Lakin o, bu adı ala bilmir. Düzdür, illər sonra atasının və cəbhə dostlarının yazdıqları məktublardan sonra, 96- cı ildə onun ailəsinə “Azərbaycan Bayrağı” ordeni təqdim edirlər. Amma...
Qısa, lakin şərəfli bir ömrün sonluğu. Bəlkə də sonluq yox, başlanğıcdır bu, əbədi bir ömrün başlanğıcı. Çünki, Asəf Rəhman oğlu Mütəllimovun döyüş yolu romanlara, poemalara, kinofilmlərə layiqdir. Adına meydanlar, küçələr yaraşır. Bütün bunlar isə gələcəyin işidir.
Mütləq qədirbilən xalqımız öz qəhrəman oğlunun qiymətini verəcək, onun parlaq xatirəsini əbədiləşdirəcəkdir.
P.S: Mən Asəfin döyüşə gedərkən evdə 1 yaşında qoyub getdiyi yeganə qızı Həcər və Asifdən sonra həyatını 1 qızına həsr etmiş həyat yoldaşı Naidə xanımla görüşdüm. Bu ayrı bir məqalənin temasıdır. Lakin bircə onu deyə biərəm ki, 20 yaşına çatmış qəhrəmanın qızına Şirvan şəhəri boyda bir şəhərdə iş tapılmır. İcra hakimiyyətinə edilən müraciətlərdə isə iş yerlərinin olmaması bəhanə edilir. Bu da şəhid qəhrəmanımızın bizə əmanət etdiyi bir balasına Şirvan icra hakimiyyətinin “böyük qayğısı”. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
KƏRİM

Bir qanlı şəkilin tarixcəsi
Bir qanlı şəkilin tarixcəsi
Bir qanlı şəkilin tarixcəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR

    Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR ...

    9-12-2013, 10:15

  • 
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • AXCP rəsmiləri Ağstafada həbs edildilər

    AXCP rəsmiləri Ağstafada həbs edildilər ...

    15-06-2013, 17:55

  • 
  • 1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD

    1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN ...

    11-04-2016, 17:22

  • 
  • Son iki gündə itkilərimiz - VƏTƏN SAĞ OLSUN!

    Son iki gündə itkilərimiz - VƏTƏN SAĞ OLSUN! ...

    5-04-2016, 09:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu