“Artıq son günlər baş verən siyasi proseslər göstərdi ki, hakimiyyətə qarşı mübarizədə Milli Şura formatında birləşmək özünü aldatmaqdan başqa bir şey deyil”.
AzNews.az-ın məlumatına görə, bunu “Xalq arzusu” hərəkatının təsisçisi, AXCP sədrinin sabiq müavini Asəf Quliyev “facebook”dakı səhifəsində yazıb.
Milli Şuradan və AXCP-dən istefa verdikdən sonra haqqında çoxlu söz-söhbət yayıldığını deyən A.Quliyev bildirib ki, kimlərinsə içində hələdə müəyyən suallar qalmaqdadır: “Mən o insanları başa düşürəm və zamanla öz əməlimlə sizin içinizdəki o mənfi fikirlərin yanliş olduğunu sübut edəcəyəm. Artıq istefamdan iki ay keçir. Çox məsələlərə aydınlıq gəldi, hadisələr duruldu. Milli Şuranın aparıcısı şəxüs də, digər üzvləri də istefa verdi. Bunu öncədən bir çoxları bilirdi, eləcədə mən. Düsünürəm ki, zaman her şeyin qiymətini verəcək”.
O, ittihamların tərəfdarı olmadığını da qeyd edib: “Qarşımızda kimisə ittiham etmek yox, millətə, dövlətə sahib çıxacaq yeni bir gücün ortaya çıxarılmasıdır. Millət şəxsiyyətə dayanaqlı yox, ideologiyaya dayanaqli bir gücün olmasına möhtacdır. Düsünürəm bu kimliyimizdən, mövqeyimizdən asılı olmayaraq hər birimizin milli və vətəndaşlıq borcumuzdur. Allah öz ədalətini millətimizdən əskik etmesin!”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?