AXCP sədrinin müavini Asəf Quliyev və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Ağstafada saxlanılıb. Onlar rayona partiyanın yerli şöbəsinin müşavirəsində iştirak üçün gediblər. Lakin polislər onları saxlayıb. Saxlanmaları barədə xəbəri “Azadlıq”a Ə.Qurbanlı telefon mesajı ilə xəbər verib. Partiya nümayəndələrinin hansı şəraitdə saxlanmaları və hadisənin qalan təfərrüatları bəlli deyil.
Ağstafada saxlanmaları ilə bağlı Əbülfəz Qurbanlı Facebook hesabında bunları yazıb: "Qazaxda AXCP Gənclər Komitəsinin tədbirinin keçirilməsinə imkan verilmədi, Ağstafada isə müşavirəyə gedərkən saxlanıldıq. Hazırda polis rəisinin müavininin maşınında Asəf Quliyevlə məni Tovuz istiqamətində aparırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?