GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Oliqarx məmurlar “uşaq bağçası biznesi”ndə

Oliqarx məmurlar “uşaq bağçası biznesi”ndə

Tarix: 6-05-2014, 09:23 Bölmə :Maraqlı Baxış: 1 525
Oliqarx məmurlar “uşaq bağçası biznesi”ndə
Ölkənin məktəbəqədər təhsil müəssisələrində fantastik qiymətlər

“Uşaq bağçalarına elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, orada qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyinin elə bir mənası yoxdur...”
Yəqin ki, xatırlayırsınız, bunu uşaq bağçalarına 10 illik vergi güzəşti verilməsi ilə bağlı müzakirələr zamanı YAP-çı deputat Siyavuş Novruzov söyləmişdi. YAP-çı deputatın bu iradına spiker Oqtay Əsədovun cavabı isə belə olmuşdu: “Bu, yeni məsələdir və gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək...”
Qeyd edək ki, Milli Məclisin qərarı ilə özəl uşaq bağçaları Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisi və sadələşdirilmiş vergi ödəməkdən bu il yanvarın 1-dən etibarən 10 il müddətinə azad edilib.
Bu vergi güzəştindən sonra özəl bağçalardakı qiymət fərqləri ilə maraqlandıq.
Bəlli olub ki, özəl uşaq bağçaları bu ildən aylıq ödənişin məbləğını dəyişib. Amma yeni qiymət müəyyənləşdirilərkən vergi güzəştləri deyil, benzinin bahalaşması (?-red.) nəzərə alınıb.
Uşaqlar üçün böyük qiymətlər...
Qiymətləri onalar heç bir şərh vermədən təqdim edirik:
“Noğullar” uşaq bağçası - aylıq ödəniş 350 manat, əlavə olaraq uşaqların daşınması üçün servis xidmətinin ödənişi 60-120 manat;
“Çiçəklər” - 260-300 manat (uşaqların daşınması üçün servis haqqı bura daxil deyil);
“Magic land” - 500 manat, servis daxil deyil;
“Super kids” - 350 manat, servis daxil deyil;
“Aladdin Jasmin” - 250 manat (servis qiymətləri ayda 60 manatdan başlayır);
“Beby haus” - 300 manat (servis haqqı məsafədən asılı olaraq 100 manatdan başlayır);
“Mickeys hous” - 500 manat (servis haqqı daxil deyil);
“Günəş” - 750 manat;
“Sehrli dayə” - 5 gün üçün 400 manat, 6 günlük isə 450 manat;
“Çiçək” - 200 manat;
“Beby plaza” - 650 manat (servis daxil deyil);
“Dəniz” - 350 manat (servis daxil deyil);
“Beby star” - 300 manat;
“Pleyorena” - 500 manat (servis 60 manat);
Qeyd edək ki, qiymətlərə gündə 3 dəfə yemək, habelə rəqs və ingilis dili kursları daxildir.
Bakıda uşaq bağçaları ilə yanaşı uşaq mərkəzləri də var. Həmin mərkəzlərdə həftənin 3 günü təşkil edilən kursların qiymətini təqdim edirik. Nəzərə alın ki, bu, yalnılz bir məşğələnin qiymətidir:
“Fos Trac kids” - 150 manat;
“Nemo” - həftənin 3 günü 70-100 manat;
“Üç alma” - 75 manat;
“Balaca dostum” - 50-70 manat;
“Çiçək” - günün yarısına qədər 100 manat;
“Znayka” - 70 manat.
Qeyd edək ki, bunlar hələ bizim əlaqə saxladığımız uşaq bağça və mərkəzlərinin təqdim etdiyi qiymətlərdir. Bəzi uşaq bağçaları isə qiymətləri yalnız uşaq bağçaya gedərkən, yəni valideyni tanıyandan sonra təqdim edirlər.
Onların qiymətləri dövlət sirri kimi gizlətməsinin səbəbi isə parlamentdə səsləndirilib. Bu uşaq bağçalarında aylıq ödəniş 1000 manatdan yüksəkdir.
Əcnəbiləşən bağçalar...
Özəl uşaq bağçalarından söz düşmüşkən bir məqamı da qeyd etməyi vacib sayırıq. Uşaq bağçalarının əksəriyyəti əcnəbi adlar seçib. Məsələn, “Baby plaza”, “Znayka”, “Baby star”, “Olimp”, “Nappy life”, “Pley orena”, “Nemo”, “Happi babies”, “Mickeys hous”, “Kids akademy”... Siyahını uzatmaq da olar.
Bəs milli ruhda böyütməli olduğumuz uşaqları tərbiyələndirən bağçalara əcnəbi adlar qoymaqda məqsəd, motiv, izahat nədir?
Bağçalar buna qəribə izahlar verir. Məsələn, “Mickeys hous” bu ad seçimini qəribə məntiqlə əlaqələndirir: “Valideynlər buranın elitar yer olduğunu bilməlidir. Biz ingilis dilində dərs keçirik” (?-red.).
Başqa bir bağçanın - “Baby star”ın əlaqələndirici isə şəxsi sualımıza elə təəccüblə cavab verir ki, özümüzü günah işlətmiş kimi hiss edirik: “Bura gələn uşaqların hamısının şəxsi sürücüsü var. Bəs bağçanın adını nə qoyaq? Həsənbala?”
Görünür, bağçaları lisenziyalaşdıran dövlət qurumlarının əməkdaşları da elitarlaşmanın Avropa adlarından başladığını düşünən tərbiyəçi ilə eyni axsaq məntiqin sahibidir.
Statistika deyir ki...
Hazırda Azərbaycanda fəaliyyət göstərən bağçaların 40 faizi özəl sektorun payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var.
Yenə də komitənin məlumatlarına əsaslansaq, hazırda ölkədə 1-5 yaşlı 157 min 349 uşağın bağçaya ehtiyacı var. Bakıda bu yaşda olanların isə yalnız 23,4 faizi uşaq bağçalarına gedir.
Xatırladaq ki, dövlət uşaq bağçalarına nəzarət Təhsil Nazirliyinin tabeliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyinə verilib.
Özəl bağçalar və özəlləşdirmə həvəsi
Özəl bağçalarla bağlı “Gündəm xəbər”ə daha bir maraqlı məlumat daxil olub. Məlumatda bağça biznesi ilə məşğul olan məmurların adı çəkilir. Siyahıda deputatlar Ziyad Səmədzadə və Qənirə Paşayeva, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, sabiq təhsil naziri, indiki institut direktoru Misir Mərdanov, Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri İlham Pirməmmədov, BŞİH başçısı Hacıbala Abutalıbov və digərlərinin də adları var.
Əslində yalnız özəl uşaq bağçaları deyil, dövlət uşaq bağçalarına da məmurlar nəzarət edirlər. Təbii ki, müdirə kimi bu obyektlərə yerləşdirdikləri xanımların vasitəsilə. Bu xanımlar üçün isə bağça müdirəsi olmaq prestij, rahat kreslodur.
Sosial şəbəkələrdə dövlət uşaq bağçalarının müdirələri haqqında verilən yazıları təqdim edirik: “Xətai rayonundakı 194 saylı uşaq bağçasının müdiri Tovuz Cəbiyeva sabiq deputat Rizvan Cəbiyevin yaxın adamıdır. Tovuz Cəbiyeva bağça müdirəsi olmazdan əvvəl mənzil-istismar sahəsində pasport qeydiyyatı məsələlərinə baxıb.
Binəqədi rayonu 177 saylı uşaq bağçasının müdirəsi Pəri Rəhimova Binəqədi rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Samux RİH-in indiki başçısı Alı Qocayevin baçısıdır.
151 saylı uşaq bağçasının müdirəsi Venera Xəlilova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamıdır.
219 saylı bağçanın müdirəsi Vəfa Quliyeva deputat Hacı Madərin yaxın adamıdır” və s.
Bağça müdirələrinin arasında sabiq təhsil naziri Misir Mərdanova və nazirliyin keçmiş vəzifəli şəxslərinə şəxsən yaxın olanlar da çoxdur.
Dövlət uşaq bağçalarına məmurların nəzarəti təsadüfi deyil. Bu da bağçaların özəlləşdirilməsi ilə birbaşa bağlıdır. Məmurlara yaxın adamların rəhbərlik etdiyi bağçalar paytaxtın bahalı ərazilərində yerləşir, üstəlik onların əraziləri də böyükdür.
Bu arada Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı 118 saylı bağçanın özəlləşdirilməsini yada salaq. Bağça özəlləşdirməyə açılmazdan əvvəl onun müdiri dəyişdirildi və bağça kollektivin xəbəri olmadan özəlləşdirildi. Lakin kollektivinin 2 illik mübarizəsindən sonra özəlləşdirmənin nəticələri ləğv olundu və bəlli oldu ki, böyük əraziyə sahib olmaq istəyən və güc nazirliklərinin birində yüksək vəzifə tutan generallardan biri yeni müdirənin qohumu imiş...
Uşaq bağçaları ilə bağlı qaranlıq məqamlar bununla da yekunlaşmır. Bağçaların ərzaqla təminatında keçirilən tenderlər, aylıq ödənişlərin hesablanmasındakı süni qiymət artımı və daha neçə-neçə müəmmalar var.
Hələlik isə görünən odur ki, özəl uşaq bağçalarının vergidən azad edilməsi ilə bağlı layihəni Milli Məclisə təqdim edən deputat Ziyad Səmədzadə bununla iş adamlarına böyük imkanlar vəd etməklə yanılmayıb. Doğrudan da güzəştlər yenə də qaz vurub qazan dolduranların işinə yarayır...
TOĞRUL Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bağça və uşaq evləri vergidən azad edildi- Sərəncam

    Bağça və uşaq evləri vergidən azad edildi- ...

    4-02-2014, 21:37

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Yeraltı dayanacaqlarda fantastik qiymətlər

    Yeraltı dayanacaqlarda fantastik qiymətlər ...

    26-11-2013, 16:51

  • 
  • Uşaq bağçalarında biabırçı vəziyyət

    Uşaq bağçalarında biabırçı vəziyyət ...

    14-12-2013, 23:33

  • 
  • Bağçada dərisi soyulan uşaq

    Bağçada dərisi soyulan uşaq ...

    16-05-2014, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu