Nəqliyyat Nazirliyinin sözçüsü: “Qiymətləri biz qoymuruq...”
“Paytaxtdakı dayanacaqlarda qiymətləri Nəqliyyat Nazirliyi müəyyən etmir. Dayanacaqlar inşa ediləndən sonra sahibkarların istismarına verilir”.
Bunu virtualaz.org saytına açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib.
Qeyd edək ki, Bakıda son vaxtlar açılan yeraltı dayanacaqlarda ximət haqlarının yüksək olması avtomobil sahiblərini ciddi qayğılandırır. Məsələn, Azadlıq meydanında, Hökümət Evinin qarşısında bu yaxınlarda istifadəyə verilmiş yeraltı dayanacaqda qiymətlər 2-6 manat arasında dəyişir. Yaxınlıqda yerləşən idarə və təşkilatların işçilərinin hər gün bu dayanacaqdan istifadə etmək məcburiyyətini nəzərə alsaq, onların maaaşlarının əhəmiyyətli hissəsini dayanacağa ödəməli olduğu məlumdur.
Mətbuat katibi isə qiymətlərin sahibkarlar tərəfindən müəyyənləşdirildiyini deyir: “Biz qiymətlərə müdaxilə edə bilmirik. Yəni qiymətləri sahibkarlar müəyyənləşdirir. Onlar isə vergi verirlər, digər xərcləri ödəyirlər”.
N.Həsənov bəzi dayanacaqların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikildiyini vurğuladı: “Qiymətlər xidmətin keyfiyyətinə uyğun müəyyənləşdirilir. Seçim isə maşın sahibinin ixtiyarındadır”.
Lakin N.Həsənov dövlət vəsaiti hesabına tikilmiş dayanacaqların hansı sahibkarların istifadəsinə verildiyini deməyib.
Sorğu
Yeni dizaynımız necədir?