GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Vüsal Şilderin qatillərini kim himayə edir

Vüsal Şilderin qatillərini kim himayə edir

Tarix: 8-05-2014, 11:01 Bölmə :Maraqlı Baxış: 0
Vüsal Şilderin qatillərini kim himayə edir
Binəqədidə bir hakim və bəzi məmurların adı ilə bağlı ilginc iddialar

Ötən ilin ən səs-küylü qətl işi ilə bağlı müəmmalar davam edir. Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Adolf Şilderin qətlə yetirilməsindən sonra ortaya çıxan bəzi mətləblər cəmiyyətdə şok effekti yaratsa da, aparılan istintaq cinayətkarların cəzasız qalacağına dair fikir yürütməyə əsas verir. Əvvəlcə onu qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı hələ də yekunlaşmayıb və sifarişçilər müəyyənləşdirilərək, istintaqa cəlb olunmayıb. Yəni istintaq qətlin sifarişlə törədildiyinə dair hər hansı sübut açıqlamayıb.
Zərərçəkən tərəf isə V. Şilderin qətlində sifariş amilinin olmasına əmindir və bunu da hazırda Binəqədi rayon Məhkəməsində gedən məhkəmə istintaqı ilə əsaslandırırlar. Belə bir məqamda məsələ ilə bağlı olduqca ilginc məlumatlar almışıq. V. Şilderin yaxınlarından verilən məlumatda bildirilib ki, cinayətkarların layiqli cəza almaması üçün bir sıra iri məmurlar öz vəzifələrindən, təsir imkanlarından yararlanır. Onlar arasında Binəqədi rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin adı da hallanır.
Bildirək ki, Şilder qətlə yetirilməmişdən əvvəl onun narkotik istifadəçisi kimi şərlənərək, tutulması əməliyyatını həyata keçirməkdə ittiham olunan polis mayoru Məmmədov İlham Zahid oğlunun cinayət işi üzrə məhkəmə istintaqı Binəqədi rayon Məhkəməsində aparılır. Elə bu da Sədrəddin Hacıyevin prosesin bir hissəsinə təzyiq etmək imkanını artırır. Və bu təzyiq cəhdləri keçirilən məhkəmə proseslərində özünü açıq-aşkar büruzə verməkdədir. Belə ki, zərərçəkənlərin yaxınlarının dedikləri, eləcə də vəkil Aslan İsmayılovun mətbuata verdiyi açıqlamalardan görünür ki, Binəqədi Məhkəməsində təqsirləndirilən tərəfə yerli-yersiz diqqətin göstərilməsi, qarşı tərəfə isə açıq-aşkar nifrət bəsləniləməsi, qaldırılan heç bir vəsatətin təmin edilməməsi, qanunun tələblərinə məhəl qoyulmaması, üstəlik bütün bunlarla bağlı məhkəmə sədrinə edilən müraciətlərin nəticə verməməsi sifarişin “yuxarıdan” gəldiyini göstərir.
Elə bu faktlar da qətlə yetirilən şəxsin yaxınlarının məhkəməni açıq şəkildə ittiham etməsinə əsas verir: “V. Şilderin ölümündə sifarişçi olan Əlizadə Xəyal Məzahir oğlunun və onun dostu Məmmədov İlham Zahid oğlunun cinayətinin ört-basdır edilməsinə çalışırlar”. Mərhumun qohumları əlavə olaraq bildirir ki, xaricdə gizlənən X. Əlizadə ədliyyə məmurları vasitəsilə həbsdəki İ. Məmmədovu himayə edir: “Görünür, Sədrəddin Hacıyev bu şəxsin minimum cəza ilə canını qurtarmasına çalışır. Məlumdur ki, sədrin xəbəri olmadan prosesə rəhbərlik edən hakim keçmiş polis zabitini himayə etməzdi. Məhkəmədə təqsirləndirilən şəxslərin təhlükəsizliyi Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qorunur. Belə ki, məhkəmə başlayan kimi prosesə sədrlik edən hakim Rəşad Əliyev təqsirləndirlilən İlham Məmmədova “müəllim” deyə müraciət etsə də, zərərçəkən tərəfə alçaldıcı jestlərlə cavab verir. Hətta vəkilimiz Aslan İsmayılova qarşı da belə nalayıq hərəkətlər edilir. Bundan başqa jurnalistlərin prosesdə iştirakına da maneə yaradılır. Hətta iclasların birində qətlə yetirilən Vüsalın anası Mətanət Şilderin dəmir barmaqlıqlar arxasında dayanan təqsirləndirilənlə polemikası birincinin təhqir olunması ilə nəticələndi. Bunu edən müttəhimə isə məhkəmə tərəfindən heç bir cəza verilmədi”.
Mərhumun yaxınları məhkəmə sədrinin bu himayədarlığını sübut edən faktları, eləcə də, onu bu işə vadar edən məsələləri açıqlayacaqlarını bildiriblər. Qeyd edək ki, Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı .əhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb. Hazırda cinayətlə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir. Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.
N.KƏRİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı məmurun kürəkəni tutuldu

    Azərbaycanlı məmurun kürəkəni tutuldu ...

    23-08-2013, 17:33

  • 
  • Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

    Tariyel Ağayevin adı hallanan cinayət işində ...

    19-02-2015, 23:55

  • 
  • Bakıda namus üstündə qətl törədən şəxsin ibtidai istintaqı yekunlaşıb

    Bakıda namus üstündə qətl törədən şəxsin ibtidai ...

    14-03-2019, 11:21

  • 
  • Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı - RƏSMİ + YENİLƏNİB

    Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı ...

    31-05-2021, 13:03

  • 
  • Həbs olunan prokuror barədə ilginc məlumat

    Həbs olunan prokuror barədə ilginc məlumat ...

    7-10-2013, 21:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu