Burada alternativ yollarla pulları talan etmək istəyirlər
Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan ayrılmış vəsait hesabına Agentlik tərəfindən 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair Dövlət Startegiyasının, Agentliyin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və alternativ və bərpa edilən enerji mənbələri üzrə investitsiya və enerji potensialının araşdırılması üçün müvafiq metodik təlimatların hazırlanması işləri başa çatdırılıb. Lakin araşdırmalar zamanı agentlikdə büdcə vəsaitlərinin istifadəsi zamanı külli miqdarda yeyintilərə yol verildiyi də müəyyən oulunub. Daxil olan informasiyaya əsasən, agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyə xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə qanunsuz ezamiyyə xərclərinə 200 min 35 manat büdcə vəsaiti “silinib”. Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib. Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamlarında alternativ enerji mənbələrinin yaradılması üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında təşkilatın seçilməsi və onunla birbaşa müqavilə bağlanması göstərilsə də, bu sahədə təcrübəsi olan şirkətlərin seçilməsi ilə əlaqədar müvafiq prossedurlar gözlənilməyib. Bir halda obyektin layihə-smeta sənədləri tərtib edilmədən və ehtimal olunan qiyməti müəyyən edilmədən tikinti-quraşdırma işləri yerinə yetirilib. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradıldması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib. Qəbul kormissiyasının “Maliyyə vəziyyəti haqqında hesabat”ın , “Sair uzunmüddətli maliyyə aktivləri haqqında” hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb. Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib. R.Əlicanlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?