“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Mingəçevirdə 9 ay əvvəl istifadəyə verilən “Gənclər Evi” artıq sökülməyə başlayıb.
AzNews.az əməkdaşı xəbər verir ki, ötən il aprelin 16-da ölkə prezidentinin Mingəçevirə səfəri zamanı açılış mərasimi keçirilən “Gənclər evi”nin binasının ön, sağ və arxa tərəflərindən üzlük daşları qopub. Bundan zirzəmiyə girişdə də üzlük daşlarının bəziləri qopub tökülüb. İdman zalı kimi nəzərdə tutulan zirzəminin su sistemi isə hələ də qurulmayıb. Baxmayaraq ki, binanın açılışı zamanı ölkə prezidentinə binanın fəaliyyətə tam hazır olduğu barədə məlumat verilib.
Gənclər və İdman İdarəsinin nəzarətində olan, açılışının 1 ili tamam olmayan “Gənclər Evi” bu qəbildən olan ən böyük mərkəzlərdən biri hesab edilir. Məlumata görə, hələ də mərkəzə rəhbər təyin edilməyib, faktiki nəzarəti Gənclər və İdman idarəsi həyata keçirir. Binada hələlik heç bir təmir işləri aparılmır.
Qeyd edək ki, müəssisənin ümumi sahəsi 3723 kvadratmetrdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?