GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Müəllimlərin əmək haqqı necə artırılmalıdır?

Müəllimlərin əmək haqqı necə artırılmalıdır?

Tarix: 22-05-2014, 10:29 Bölmə :Maraqlı Baxış: 0
Müəllimlərin əmək haqqı necə artırılmalıdır?
Dərs saatlarının artırılması, ixtisarlar çıxış yoludurmu?

Bu günlərdə Nazirlər Kabineti müəllimlərin dərs yükünün 24 saatdan 36 saata qaldırmaqla bağlı qərar verdi. Bundan başqa, Təhsil Nazirliyi müəllimlərin akreditasiyasını keçirmək, ixtisarlar aparmaq niyyətindədir. Bu kimi addımlarla rəsmilər düşünür ki, müəllimlərin əmək haqqı sahəsində ciddi irəliləyişə nail ola biləcəklər. Görəsən, həmin addım müəllimlərin sosial vəziyyətinin əsaslı şəkildə yaxşılaşmasına xidmət edəcəkmi? Yoxsa, bu sahədə, dərs yükünü artırmamışdan öncə, müəllimlərin həyat səviyyəsinə ciddi təsir edəcək daha önəmli addımların atılması vacibdir?
Razi Abasbəyli: “Müəllimlər arasında ixtisarlar aparmazdan qabaq onların əmək haqlarının artırılması ilə bağlı iradənin ortalıqda olması vacibdir”
Ümid Partiyası sədrinin müavini Razi Abasbəylinin fikrincə, Nazirlər Kabinetinin dərs yükünün artırılması qərarı müəllimlərin sosial durumunun yaxşılaşmasına xidmət etmir: “Nazirlər Kabinetinin bu yaxınlarda verdiyi qərarla müəllimlərin maksimal dərs yükünü 24 saatdan 36 saata qədər qaldırması əslində bu kateqoriyadan olan insanların əmək haqlarının yüksəldilməsi üçün mühüm rol oynamayacaq. Çünki dərs saatları üçün büdcədən əmək haqları istiqamətində ayrılan vəsaitlər yetərincə deyil. Azərbaycanda müəllim ordusunun sayı şagirdlərə nisbətdə dünya ölkələri ilə müqayisədə həddən çoxdur. Ona görə də bu sahədə ixtisarların olması lazımdır. Lakin bu sahədə ixtisarları həyata keçirməzdən öncə ilk olaraq müəllimlərin əmək haqlarının əsaslı şəkildə artırılması ilə bağlı ortalıqda qərar olmalıdır. Hökumət ortalığa iradə qoymalıdır ki, növbəti mərhələlər üçün bu sahədə ciddi rəqabət yaransın. Bakı şəhərində müəllimlərlə bağlı sıxlığın olduğu bəllidir. Ona görə paytaxta münasibətdə bu islahatları həyata keçirmək mümkündür. Lakin ölkənin regionlarında, xüsusən də, ucqarlarda ixtisaslı müəllimlərin çatışmadığı da bir reallıqdır. Bu müəllimlər arasında hansı ixtisarlar aparılacaq, hansı şəkildə akreditasiya həyata keçiriləcək? Bunun mexanizmi ortalıqda yoxdur. Pedaqoji ixtisaslar üzrə ali məktəbi bitirən gənclər bölgələrdə müəllim işləmək istəmir. Bu bir reallıqdır. Bu istiqamətdə ciddi dönüşə nail olmaq üçün ilk öncə əmək haqlarının ciddi şəkildə artırılması istiqamətində düşünmək lazımdır. Ardınca, gənc kadrları bölgələrdə işləməyə həvəsləndirmək üçün stimullaşdırıcı addımlar atmaqla onlarda müəllim peşəsinə marağı artırmaq gərəkdir. Yəni müəllimlər arasında ixtisarlar aparmamışdan qabaq onların əmək haqlarının artırılması ilə bağlı iradənin ortalıqda olması vacibdir. Əmək haqqı dərs yükünə görə təyin olunmalıdır. Eyni zamanda, dünya praktikasında mövcud olan digər həvəsləndirici mexanizmlərdən də yararlanmaq lazımdır. Fəaliyyətə, əlavə göstəricilərə görə əmək haqqına vəsaitlərin daxil olması nəzərdə tutulmalıdır. Müəllimin minimum əmək haqqı 800 manat olmalıdır. Çünki müəllim elə bir sahədə çalışır ki, hətta istəsə belə digər fəaliyyət növləri ilə məşğul olmağa imkanı və vaxtı olmayacaq. Səhər saat 8.00-da dərsə gələn müəllim günorta saat 15.00-16.00 radələrinə qədər məktəbdə olur. Bundan sonra da digər işlərlə məşğul olmağa vaxtı çatmır. Əvəzində isə 36 saata görə aldığı maaş 230-260 manatı keçmir. Bu vəsaitlə isə Azərbaycanda bir insanın belə normal yaşaması mümkün deyil. Bütün deyilənlərə əsasən hesab edirəm ki, öncə müəllimlərin əmək haqlarının artırılması istiqamətində addım atılmalı və yalnız bundan sonra islahatlar aparılmalıdır. Nazirlər Kabinetinin dərs yükünün artırılması ilə bağlı qərarı isə müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmir”.
Məhərrəm Zülfüqarlı: “Dərs yükünü artırmaqla müəllimin maaşının əsaslı şəkildə qaldırılmasına nail olmaq mümkün deyil”
Turizm Universitetinin müəllimi Məhərrəm Zülfüqarlı da bu qənaətdədir ki, müəllimin dərs yükünün artırılmasına ehtiyac yoxdur. Bunun müqabilində, əmək haqlarının ciddi artımı üzərində fikirləşmək lazımdır: “Müəllimlərin əmək haqlarının qaldırılması istiqamətində uzun müddət müzakirə getdi ki, bu kateqoriyadan olan insanlara dövlət qulluqçusu statusu verilsin. Hətta bu məsələ yüksək səviyyədə razılaşdırıldı. Amma sonradan birdən-birə unuduldu və bu məsələ arxa plana keçdi. Keçən ilin ortalarında isə müəllimlərin əmək haqqı cəmi 10 faiz civarında artdı. Belə artımlarla müəllimlərin əmək haqqı sahəsindəki problemini aradan qaldırmaq qeyri-mümkündür. Proses də göstərdi ki, bu artımların müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına cizi də olsa təsiri olmadı. İndi isə dərs yükünün artırılması və ixtisarlara getməklə düşünürlər ki, müəllimlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addım atmış olacaqlar. Amma bu addımla müəllimin maaşının əsaslı şəkildə artırılmasına nail olmaq mümkün deyil. Yaxşı olardı ki, dərs yükünün artırılması əvəzində ilk öncə əmək haqlarının yüksəldilməsi istiqamətində düşünərək qərar versinlər. Belə bir addıma getməklə keyfiyyətin yüksəldilməsinə də çatmaq olar. Belə ki, müəllim az saat dərs deməklə daha yüksək keyfiyyət göstəricisinə nail olur, nəinki özünü yoraraq daha artıq saat ərzində dərs deməklə. Dərs yükünü 24 saatda saxlamaqla maaşları artırmaq gərəkdir. Ali məktəblərdə də əvvəl dərs yükü 500 saat idisə, indi bu rəqəm 600 saata çatdırılıb. Belə olması ilə əmək haqlarımızda da elə bir irəliləyiş gözə çarpmır. Fikrimcə, bu istiqamətdə beynəlxalq təcrübəyə istinad edilməlidir. Əmək haqqı da məhz ona uyğun təyin edilməlidir. Güzey Kbrıs Türk Respublikasında elmlər namizədi 2000-2500 avro maaş alır. Azərbaycanda isə təxminən 500 manat. Səlahiyyətli qurumların bu istiqamətdə ciddi düşünərək qərar qəbul etmələri vacibdir. Amma təəssüf ki, onlar hələ buna getmək istəmirlər. Universitetdə Boloniya sisteminə uyğun olaraq dərs deyirəm, amma əmək haqqım bu sistemə uyğunlaşdırılmayıb. Bunun özü də doğru yanaşma deyil. Keyfiyyətin yüksəldilməsinin bir yolu var, o da əmək haqlarının əsaslı şəkildə artırılmasından keçir. Təəssüf ki, rəsmilər hələlik bu barədə düşünmək istəmirlər".
Həsən İSLAMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin yeni artıma əsasən alacaqları əmək haqqı açıqlandı

    Müəllimlərin yeni artıma əsasən alacaqları əmək ...

    1-04-2015, 22:12

  • 
  • Müəllimlərə şad xəbər

    Müəllimlərə şad xəbər ...

    13-10-2015, 11:45

  • 
  • Səlim Müslümov müəllimlərə quru vəd verdi

    Səlim Müslümov müəllimlərə quru vəd verdi ...

    22-01-2015, 23:44

  • 
  • Müəllimlərin maaşı ilə bağlı Təhsil Nazirliyindən - Açıqlama

    Müəllimlərin maaşı ilə bağlı Təhsil Nazirliyindən ...

    23-07-2013, 17:57

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu