GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bankların sahibkar qorxusu: ekspert variantlar təklif edir

Bankların sahibkar qorxusu: ekspert variantlar təklif edir

Tarix: 25-05-2014, 12:43 Bölmə :Maraqlı Baxış: 0
Bankların sahibkar qorxusu: ekspert variantlar təklif edir
“Azərbaycanda kiçik və orta sahibkarların ən böyük
problemi maliyyə mənbələrinə çıxışın çətin olmasıdır”


Bu barədə danışan iqtisadçı-ekspert Qalib Toğrul deyir ki, kommersiya bankları və investorlar kiçik və orta sahibkarlıq müəssisələrinə xidmət göstərməyə bir neçə səbəbdən maraq göstərmir: “Kiçik və orta sahibkarlar aktivlərinin azlığı, bazarın sabit olmaması, aşağı səviyyədə kapitallaşdırma səbəbindən yüksək riskli müştərilər hesab olunur. Başqa tərəfdən kiçik və orta sahibkarlıq müəssisələri beynəlxalq mühasibat və maliyyə metodlarından lazımi səviyyədə istifadə etmir. Biznes planlarını yüksək səviyyədə hazırlaya bilmədiklərindən investor və kommersiya bankları onların kredit dərəcələrini müəyyən etməkdə çətinlik çəkir. Nəhayət, kiçik miqdarda kreditlərin verilməsi banklara və digər borcverən təşkilatlara əlavə xərclər yaratdığından kiçik və orta sahibkarlıq müəssisələri ilə əməkdaşlıq biznes maraqları baxımından sərfəli sayılmır.
Kommersiya bankları əsasən yüksək məbləğli borc tələb edən, daha üstün biznes planları tərtib edən, bankların biznes maraqları üçün daha sərfəli olan, yüksək kredit dərəcəli korporativ müştərilərlə əməkdaşlığa üstünlük verir. Banklar kiçik və orta sahibkarlara borc verərkən ümumi faiz dərəcəsinə həmin müəssisələrin risklilik dərəcəsini, eyni zamanda onların biznes fəaliyyəti üzərində mütəmadi nəzarət xərcləri də əlavə edirlər, nəticədə əməkdaşlıq hər iki tərəf üçün normal faiz dərəcəsinin üzərində olur.
Kommersiya bankları eyni zamanda sektordaxili əməkdaşlıqla fəaliyyət göstərdiyindən maliyyə kiçik və orta sahibkarlıq üçün daha da əlçatmaz olur. Son dövrlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və bir sıra Asiya ölkələrində kiçik və orta sahibkarlara kreditlərin verilməsinin xərclərini aşağı salaraq cəlbedici hala gətiriblər. Bu prosesin əsas mahiyyəti kiçik və orta sahibkarlığın risklərini aşağı salmaq, eyni zamanda onlar üçün iqtisadi mühiti əlverişli hala salaraq layihələrinin gəlirliliyini artırmaqdır.
Ənənəvi bank borclarına alternativ variantlardan biri də bir çox inkişafda olan ölkələrdə uğurlara nail olmuş lizinq xidmətləridir. Lizinq xidmətlərinin ənənəvi bank kreditlərindən fərqləndirən ən üstün cəhəti sahibkarlardan girovun tələb edilməməsidir. Azərbaycan kimi ölkələrdə kreditlərə girovların tələb olunması sahibkarların maliyyə çıxışını əngəlləyən ən əsas problemlərdəndir. Lizinq xidmətlərinin üstün cəhətlərindən biri də təklif edilən maliyyənin tam olaraq təchizatın xərclərini ödəməsindədir. Azərbaycanda da lizinq xidmətlərini şirkətlərin tələblərini ödəyəcək səviyyədə genişləndirmək kiçik sahibkarların rəqabətlilik qabiliyyətlərinə pozitiv təsir göstərəcək.
Kənd təsərrüfatı sahəsində rast gəlinən problemlərdən biri də lizinq xidmətlərinin aşağı səviyyədə olmasıdır. “Lizinq haqqında” qanun 1994-cü ilin noyabrında qəbul olunub. Yerli bankların və kredit təşkilatlarının lizinq kreditləri təklif etməsinə baxmayaraq, onların fəaliyyətləri lizinq faiz dərəcələrinin istehlak faiz dərəcələrindən fərqli olması səbəbindən o qədər də maraq doğurmur. Lizinq sahəsində əsas problem uzunmüddətli və aşağı faiz dərəcəli kreditlərin çatışmazlığındadır. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının açıqlamasına görə, 44 faiz lizinq şirkətləri kənd təsərrüfatı sahəsinə, 34 faizi tikinti, 10 faizi daşıma, 7 faizi sərnişin nəqliyyatı sahəsinə cəlb olunub. Kommersiya banklarının kiçik və orta sahibkarlıq müəssisələri ilə əməkdaşlığa həvəsləndirmək üçün Mərkəzi Bank və digər maliyyə siyasətini həyata keçirən qurumlar fəal olmalıdırlar. Kiçik və orta sahibkarlıq müəssisələrinin lazımi səviyyədə maliyyə əldə edə bilməsini təmin etmək üçün dövlət iqtisadi siyasət planı hazırlamalıdır. Dövlətin bu sistemində mütəmadi bankların kredit portfeli haqqında müxtəlif sektorlar üzrə nəzarət etmək, zəmanət proqramı kimi metodlarla bankların mümkün risklərini azaltmaq daxil ola bilər”.
SAMİR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda kiçik sahibkarlığın böyük fəlakəti

    Azərbaycanda kiçik sahibkarlığın böyük fəlakəti ...

    20-05-2014, 09:58

  • 
  • Maliyyə nazirindən qərar: İcrasına özü nəzarət edəcək

    Maliyyə nazirindən qərar: İcrasına özü nəzarət ...

    24-12-2019, 12:33

  • 
  • Sahibkarlıq sıradan çıxarılmaqla ölkə iqtisadiyyatının bel sütunu sındırılıb

    Sahibkarlıq sıradan çıxarılmaqla ölkə ...

    24-08-2017, 16:15

  • 
  • Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı

    Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı ...

    13-01-2014, 04:29

  • 
  • Elman Rüstəmov kredit faizlərini necə artırır?

    Elman Rüstəmov kredit faizlərini necə artırır? ...

    9-10-2014, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu