GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda kiçik sahibkarlığın böyük fəlakəti

Azərbaycanda kiçik sahibkarlığın böyük fəlakəti

Tarix: 20-05-2014, 09:58 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda kiçik sahibkarlığın böyük fəlakəti
Bu sahədəki problemlər necə həll edilmədən qalır?

Kiçik və orta ölçülü müəssisələrin yerli və qlobal bazarda rəqabət qabiliyyətinin gücləndirilməsi hazırda bir çox dünya dövləti və institutunun iqtisadi strategiyalarının hədəfindədir.
Kiçik və orta sahibkarlıq Azərbaycanda iki qrupa bölünür: fərdi sahibkarlar (hüquqi şəxs kimi qeydiyyatdan keçməyən fərdi müəssisə sahibləri) kiçik və orta müəssisələr (hüquqi şəxs kimi qeydiyyatdan keçən müəssisələr). Bütün fərdi sahibkarlıq nümunələri hüquqi cəhətdən kiçik sahibkarlıq hesab olunur, hüquqi şəxs kimi qeydiyyatdan keçən müəssisələr isə iki meyar əsasında qruplaşdırılır: işçilərinin sayına və illik dövriyyəsinə görə.
Müəssisələrin önəmli hissəsi topdansatış və pərakəndə satış, avtomobil və motosiklet təmiri, kənd təsərrüfatı, balıqçılıq və meşəçilik, tikinti, texniki sahələrin payına düşür.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ekspertlərinin apardığı tədqiqatlarda qeyd olunur ki, Azərbaycanda kiçik və orta sahibkarlıq (KOS) müəssisələri iqtisadi, hüquqi, inzibati sahələrdə xeyli çətinliklə üzləşir. KOS-lar mütəmadi olaraq vergi orqanı və bu kimi qurumların qeyri-qanuni yoxlamalarına məruz qalır. Bununla yanaşı sahibkarlar maliyyə mənbələrinin çətin, əlçatan olması problemi də yaşayırlar. Buna səbəb kimi maliyyə mənbələrinin məhdud olmasını, maliyyə-istiqraz bazarlarının inkişaf etməməsini göstərmək olar. Nəticədə kiçik və orta sahibkarlıq müəssisələri yüksək bank faizlərindən asılı hala düşür. Bu bankların yüksək faiz dərəcələri, eyni zamanda kredit verilməsi üçün həddindən artıq sərt rejimləri kiçik və orta sahibkarlıq üçün maliyyə mənbələrinə çıxışı məhdudlaşdırır.
Layihənin eksperti Qalib Toğrul deyir ki, Azərbaycanda bazarın kapitallaşdırılması dərəcəsi qiymətli kağızların dövriyyəsi baxımından nəinki ABŞ, Yaponiya, Fransa, Almaniya, Böyük Britaniya kimi nəhəng iqtisadiyyatlardan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələrdən də geri qalır: “Qiymətli kağızlar bazarının ağır vəziyyətdə olması kiçik və orta sahibkarlıq müəssisələri üçün maliyyə əldə edilməsini daha da çətinləşdirir. Maliyyə əldə olunmasını çətinləşdirən amillərdən biri də biznes kreditləri üçün bankların sərt girov sistemləridir. Banklar adətən sahibkarlardan (eyni zamanda vətəndaşlardan) daşınmaz əmlakı girov kimi qəbul edir. Eyni zamanda əksər hallarda kiçik kreditlər üçün üçüncü bir tərəfin də zaminliyi tələb olunur. Azərbaycanda bu işləri həyata keçirəcək mərkəzləşmiş bir dövlət qurumu yoxdur. Mərkəzləşmiş qaydada girov işlərini həyata keçirən qurumun olmaması banklar və sahibkarların işlərini çətinləşdirir. Banklar sahibkarlara Daşınmaz Əmlakın Reyestri Xidmətinin sənədini imzaladaraq daşınmaz əmlakı başqa bir bankın girov etməsinin qarşısını alırlar. Bu sənədləşmə mahiyyətcə daşınmaz əmlaka notarial qaydada digər bir şəxsin qeydiyyata salınması prosedurudur. Uzun bir sənədləşmə, bəzən isə məhkəmə prosedurunun daxil olduğu bu proses sahibkarların vaxt itkisi ilə, hətta bəzi hallarda uğursuzluğu ilə nəticələnə bilir.
Banklardan əlavə, yerli və xarici mikromaliyyələşdirmə şirkətləri və təşkilatları da sahibkarlar üçün maliyyə mənbəyi kimi çıxış edə bilər. Lakin bu mikromaliyyələşdirmə təşkilatlarının filialları və maliyyə kapitalları regionlardakı sahibkarlıq fəaliyyətinə yardım edəcək qədər geniş deyil. Bununla yanaşı mikromaliyyələşdirmə təşkilatları da bank xidmətləri göstərən qurum kimi yüksək faiz dərəcələri və az kredit təklif etməklə fəaliyyət göstərir. Sahibkarlığa Kömək Milli Fondunun isə sahibkarlara təklif etdiyi kredit faizləri cəlbedici olsa da, verilən kreditlərin miqdarı sərfəli deyil”. Qalib Toğrul bildirir ki, KOS-ların ən böyük problemlərindən biri də sahibkarların hüquqi məlumatlarının yetərli olmamasıdır: “Bu əngəli aradan qaldırmaq üçün sahibkarlara hüquqi sahədə təlim və treninqlər keçəcək biznes inkubatorlarının formalaşdırılmasına ehtiyac var. Eyni zamanda əhalinin və sahibkarların maliyyə sahəsində bilgi və bacarıqlarını artırmaq üçün dövlətin bir fəaliyyət planı, strategiyası yoxdur.
Dövlətlə kiçik sahibkarlıq müəssisələri arasında münasibətləri tənzimləyən vahid institutun olmaması da çatışmazlıqlar sırasındadır. Bunun nəticəsində dövlət və özəl sahibkarlar arasında məsləhətləşmə, demək olar, baş tutmur. Bu da qanunların qəbulu mexanizmi və prosesində sahibkarların fikir və təkliflərinin səsləndirilməsinin qarşısını alır. Sıfırdan başlayan biznes fəaliyyətlərini stimullaşdıracaq xüsusi dəstək proqramlarının və strategiyalarının da yoxluğu diqqət çəkən problemlər arasındadır. Risk kapitalı xidmətlərinin, demək olar, mövcud olmaması sıfırdan başlayan sahibkarlıq fəaliyyətinin qarşısındakı əngəllərdəndir. Kiçik və orta sahibkarların fəaliyyətinə əngəl yaradan amillərdən biri də dövlət qurumlarının gərəksiz yoxlama və təftişləridir. Yoxlamaların aparılması ilə bağlı dövlətin rəsmən qəbul edilmiş vahid təlimatının olmaması, yoxlamaların gedişində irəli sürülən tələblərlə bağlı qeyri-müəyyənlik sahibkarın hüquqlarını məhdudlaşdırmaqla yanaşı dövlət müfəttişinə geniş imkanlar yaradır. Tez-tez dəyişən, kifayət qədər sərt, bəzən riayət edilməsi mümkünsüz ziddiyyətli tələblər haqqında tam anlayışı olmayan sahibkar üçün yoxlama ilə bağlı problemləri hüquqi deyil, digər vasitələrlə həll etmək daha asan olur. Yoxlamaların mövcud tezliyini də nəzərə alaraq demək olar ki, bu praktika müfəttişlərin səyyar yoxlamalarında geniş yayılıb. Yuxarıda da deyildiyi kimi, yoxlamaların planlaşdırılması və aparılması qaydaları konkret hüquqi normalarla tənzimlənmir. Mövcud normalar belə yoxlamaların necə təyin olunduğuna, keçirildiyinə, yoxlanan məqamların mahiyyətinə, hesabat və cəza mexanizmlərinin təsnifatına kifayət qədər aydınlıq gətirmir. Yoxlamaların aparılma tezliyi və yoxlamaya məruz qalacaq obyektlərin seçilməsi sistematik şəkildə aparılmır, nəticədə bu hal biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün qeyri-müəyyənlik yaradır. Qanuni satış prosesi və təchizat onsuz da mürəkkəbdir, əlavə investisiyaların və artımın təmin edilməsi isə böyük səy istəyir. Belə şəraitdə tez-tez baş verən yoxlamalar sahibkarların üzləşdiyi problemlərə yenisini artırmış olur.
Deyilənləri ümumiləşdirsək, yoxlama meyarları (əgər varsa) ümumiyyətlə qeyri-şəffafdır, yoxlanan müəssisələrin cəmiyyətə, ekologiyaya və təhlükəsizliyə törədə biləcəyi risk səviyyəsinə mütənasib deyil. Ayrı-ayrı sektorlar üzrə çoxlu təlimat və göstəriş olsa da, hüquqi aktlarda səyyar yoxlamaların beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək qaydalar öz əksini tapmayıb. Bu standartlar dövlət orqanları tərəfindən həyata keçirilən yoxlamaların ümumi prinsiplərini, səbəblərini və tezliyini müəyyənləşdirməyə, qanunsuz, səbəbsiz yoxlamalardan yuxarı instansiyalara şikayət vermə mexanizmlərinin təyin olunmasına xidmət etməlidir. Lakin Azərbaycanda bir qayda olaraq hər bir qurum yoxlamaların həyata keçirilməsi üçün müxtəlif daxili hüquqi aktlara istinad edir ki, bu da sonda hər bir orqanın fərqli yoxlama rejiminə sahib olması ilə nəticələnir. Sonunda bir neçə müfəttiş eyni biznes qurumunu bənzər (bəzən eyni) məqamlar üzrə yoxlayır”.
Qalib Toğrulun fikrincə, KOS-ların problemlərinin önəmli hissəsini həll etmək üçün aşağıdakılar həyata keçirilməlidir:
- Kiçik və orta sahibkarlara iqtisadi mühiti əlverişli etmək üçün inzibati və məhkəmə sahəsində təcili islahatlar aparılmalıdır. Dövlət məmurlarının qeyri-qanuni müdaxilələri aradan qaldırılmalı, məhkəmə sisteminin müstəqilliyi və ədalətliliyi təmin edilməlidir;
- Maliyyə mənbələrinin əlçatan olmasını təmin etmək üçün ilk növbədə sahibkarlara dövlət dəstəyi proqramında bir sıra struktur dəyişikliyi edilərək fondu daha işlək və şəffaf hala gətirmək vacibdir. Bundan başqa Sahibkarlığa Kömək Milli Fondunun təklif etdiyi az faizli kreditlərin miqdarını kiçik və orta sahibkarların fəaliyyəti üçün yetərli səviyyədə müəyyən etmək lazımdır;
- Sahibkarların müasir bazar konyunkturasında rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərinin genişləndirilməsi tövsiyə olunur. Özəl xidmətlər şəklində formalaşdırılmalı olan bu qurumlar müəssisələrə yeni marketinq metodlarına, bazar strategiyasının düzgün müəyyən edilməsinə, müasir maliyyə və mühasibat qaydalarının tətbiqinə yardımçı olacaq;
- Şirkətlərarası şəbəkələnmə üçün şəraitin formalaşdırılması da rəqabətliliyə müsbət təsir göstərəcək addımlar sırasındadır. Müəssisələrarası əməkdaşlıq sahibkarların bu əlaqələrdən yararlanaraq yeni texnoloji-innovativ yenilikləri mənimsəməsinə və biznes biliklərini artırmasına səbəb olur;
- Transmilli korporasiyaların (TMK) ölkə iqtisadiyyatına töhfə verə bilməsini təşkil etmək lazımdır. Bunun üçün TMK-larla kiçik və orta sahibkarlıq müəssisələri arasında əlaqələri genişləndirərək yerli müəssisələrin TMK-lardan həm istehsal, həm də idarəçilik yeniliklərini mənimsəməsinə yardımçı olmaq lazımdır.
TOĞRUL
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın rolu

    Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın ...

    14-08-2017, 12:09

  • 
  • Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

    Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə ...

    22-12-2016, 21:44

  • 
  • Məşğulluğun artırılması ilə bağlı ekspertlər təkliflər veriblər

    Məşğulluğun artırılması ilə bağlı ekspertlər ...

    16-07-2017, 18:33

  • 
  • Maliyyə nazirindən qərar: İcrasına özü nəzarət edəcək

    Maliyyə nazirindən qərar: İcrasına özü nəzarət ...

    24-12-2019, 12:33

  • 
  • Bankların sahibkar qorxusu: ekspert variantlar təklif edir

    Bankların sahibkar qorxusu: ekspert variantlar ...

    25-05-2014, 12:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu