GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Əsgər ölümünün arxasında Vaqif Axundov izi

Əsgər ölümünün arxasında Vaqif Axundov izi

Tarix: 16-01-2013, 10:03 Bölmə :Maraqlı Baxış: 13 755
Əsgər ölümünün arxasında Vaqif Axundov izi

Hərbi xidmətə yararsız əsgərin cəbhə xəttinə göndərən Abşeron
rayonunun hərbi komissarı Vüsal Babayev generalın çətiri altında


Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən əsgərimiz Ceyhun Zaman oğlu Qubadovun nəşi üzərində qurulan siyasi oyunlar elə qızışıb ki, artıq bu məsələdə gerçək suçlunun kimliyi ilə bağlı həqiqətlərin ortaya çıxmasına kimsə maraq göstərmir. Əsas hədəf kimi seçilən müdafiə naziri Səfər Əbiyevə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şövqlə yürüməsi fonunda hətta əsas günahkarlardan biri kimi diqqətə gələn mərhum əsgərimizin komandanı - Şəmkir korpusunun komandiri Rövşən Əkbərovun az qala günahını etiraf edən açıqlamaları belə məsələni mahiyyətindən yayındıra bilmədi. Bu isə o demək idi ki, baş verən hadisədə daha çox siyasi maraqlar güdüldüyündən gerçəyin ortaya çıxarılması kifayət qədər çətin olacaq.
Bunu həm də mərhum əsgərimiz Ceyhun Qubadovu hərbi xidmətə göndərə Abşeron rayon hərbi komissarının kimliyi də ortaya çıxarmaqdadır. Bu gün faktlar da təsdiqləyir ki, Ceyhun Qubadov əslində hərbi ximətə yararsız olub. Onda ürək çatışmamazlığının olmasını nəzərə almayan Abşeron rayon hərbi komissarlığı bu haqda rəy belə vermədiyindən onu dağlıq ərazidə hərbi xidmətə göndəriblər. Halbuki Ceyhun Qubadov kimi əsgərləri orduda saxlamırlar.
Amma maləsəf, bura Azərbaycandır və bu Azərbaycanda pulu olmayan xəstə çağırışçılar belə pulu sağlamların əvəzindən hərbi xidmətə göndərilirlər. Bu barədə dia.az məlumat verir ki, baş vermiş faciə ilə əlaqədar aparılan ilkin istintaq hərəkətləri zamanı da Ceyhun Qubadovun məhz ürək çatışmamazlığından dünyasını dəyişdiyi sübuta yetirilib. Qeyd edək ki, əsgərimizin döyülərək öldürülməsi faktı ilkindən inkar olunub. Hətta onu döysələr belə, mərhum əsgərimizin sifətinə aldığı yumruq və yaxud da təpik zərbələrindən keçinmədiyi faktdır. Fakt həm də odur ki, Ceyhun Qubadov hərbi xidmətə yararlı deyildi.
Amma bu həqiqətin ictimaiyyətdən gizli saxlanılacağı indidən aydındır. Çünki bu həqiqətin indidən ört-basdır edilməsinə şahidlik etməkdəyik. Diqqət yetirin, əsgərimizin ölümünü bu həddə şişirdirlər, amma kimsə onun hansı hərbi komissarlıqdaq yola salınmasına, onun səhhəti baxımından əsgərliyə uycun olub-olmamasına diqqət yetirmir. Bu isə birmənalı olaraq baş verənlərin bəlli bir nöqtədən məqsədli şəkildə idarə olunmasının sübutu kimi qəbul olunmalıdır.
Mənbəmiz bildirir ki, əslində Ceyhun Qubadova görə ilk olaraq cavab verməli şəxs məhz Abşeron rayonunun hərbi komissarıdır: «Kimdir bu adam? Dəfələrlə onun adı xəstə çağırışçıların hərbi xidmətə qanunsuz olaraq göndərilməsi yönündə çəkilsə də, kimsə Vüsal Babayev adlı bu şəxsə «gözün üstündə qaşın var» deyə bilmir. Doğrudur, bu barədə mətbuatda yazılar yazılsa da, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun doğmaca bacısı oğlu olan Vüsal Babayevə kimsə, hətta hərbi komissarlıqların yeni üst qurumuna rəhbərlik edən Arzu Rəhimovun özü belə bu adamın əlində aciz qalıb».
Onu da xatırladaq ki, zaman-zaman Vüsal Babayevin adı qalmaqallı əsgər ölümlərində hallanıb. Məsələn, keçən ilin fevral ayının 10-da 1993-cü il təvəllüdlü əsgər İsmayıl Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişdi. Qeyd edək ki, İsmayıl Novruzov keçən ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərin hansı xəstəlikdən ölməsi barədə məlumat verilməsə də onun Vüsal Babayevin hərbi komissarlığı tərəfindən hərbi xidmətə «sağlam» adı altında yola saldığı, əslində İsmayıl Novruzovda əvvəldən xəstəliyin olması tam olaraq təsdiqləndi. Bu barədə Müdafiə Nazirliyinin susması isə təbii ki, general Vaqif Axundovun nüfuz dairəsinin təzahürü kimi qəbul olundu.
Məhz buk imi nədənlər Vüsal Babayevin durdurulmasını önləməkdədir. O isə oğullarımızı bir-birinin ardından açıq ölümə yollayır. Hər halda, həkim nəzarəti altında olmalı olan gənclərimizi bu gün çətinliklərlə dolu hərbi xidmətə göndərilməsinin başqa bir izahı və təqdimatı ola bilməz.
Təbii ki, bu məsələdə Vüsal Babayev öz suçunu kifayət qədər dərk edir. Belə olmasaydı, o, Ceyhun Qubadovun yas mərasiminə təkbaşına getməyə cəsarət edərdi. Mənbəmiz bildirir ki, hətta bu qədər də cəsarəti olmayan Vüsal Babayev təziyyə mərasiminə YAP-çı deputat Aydın Mirzəzadə ilə gedib ki, bu yolla da o, mərhum əsgərimijzin yaxınlarının gözlənilən hücumlarından qorunmaq istəyib. Hətta mənbəmiz bildirir ki, Vüsal Babayev yas mərasiminə mülki formada gedib ki, əlavə olaraq diqqətləri cəlb etməsin.
Bəli, bu gün hər kəs Ceyhun Qubadovun qatilini axtarır. Amma qatilin kimliyi hamıya məlumdur. Burada nə siyasətə, nə də hansısa əlahiddə canfəşanlığa ehtiyac yoxdur. Sadəcə olaraq, Vaqif Axundovun yaratdığı çətirin dəlinməsi yetərlidir…
Rasim Səfərov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir nüfuzlu məmurun vəzifə başında olan yaxın adamı “vurulur”

    Daha bir nüfuzlu məmurun vəzifə başında olan ...

    7-05-2015, 13:34

  • 
  • Bir əsgərimiz də intihar etdi

    Bir əsgərimiz də intihar etdi ...

    1-08-2013, 11:05

  • 
  • Daha iki əsgərimiz dəfn olundu

    Daha iki əsgərimiz dəfn olundu ...

    1-08-2014, 18:41

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Rövşən Əkbərovun  bəraət bəhanəsi

    Rövşən Əkbərovun bəraət bəhanəsi ...

    15-01-2013, 10:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu