Rusiya Edward Snowdenə "təbliğat üçün meydança" verməkdə günahlandırır
Ağ Ev Kremli ABŞ kəşfiyyat təhlilçisi Edward Snowdenə "təbliğat üçün meydança" verməkdə ittiham edib. E.Snowden ABŞ-da dövlət sirrini sızdırmaqda ittiham olunub. Edward Snowden 3 həftə bundan əvvəl Koreyadan Moskvaya gəldikdən sonra ilk dəfə olaraq Şeremetyevo aeroportunda insan hüquqları qrupları ilə görüşüb.
Şeremetyevo aeroportunda həmin tədbir başa çatandan sonra ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə zəng edib. Obama ilə Putin arasında telefon danışıqlarının detalları məlum olmasada, Ağ Ev telefon danışığı zamanı Snowden məsələsinin müzakirə olunmasını təsdiqləyib.
Ağ Evin sözçüsü Jay Carney bildirib ki, Edward Snowdenə "təliğat aparmaq üçün meydançanın verilməsi" Moskvanın bundan əvvəl bu məsələdə neytralıq nümayiş etdirəcəyi vədlərilə ziddiyyət təşkil edir. “Bu eləcdə Rusiyanın Edward Snowdenin ABŞ-a zərər vurmayacağı barədə bildirdiyi öhdəliklə bir araya sığmır”.
Edward Snowden hüquq müdafiəçilərilə görüşündə Rusiyada sığınacaq almaq istədiyini bildirib. Rusiyadan sığınacaq alınması E.Snowdenə Cənubi Amerikaya səfər edə bilməsi üçün lazımdır. Bir sıra Cənubi Amerika ölkələri Snowdenə daimi siyasi sığınacaq təklif edib.
Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski isə, bildirib ki, Edward Snowden hələlik siyasi sığınacağın verilməsi barədə heç bir ərizə-xahiş ilə rəsmi sürətdə müraciət etməyib. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Honq Konqdan iyunun 23-də gələndən sonra Şeremetyevo aeroportunun tranzit zonasında qalır.
Edward Snowden, ona siyasi sığınacağın verilməsi xahişilə azı 21 ölkəyə müraciət edib. Onların çoxu ona sığınacaq verməkdən imtina etsələr də, Niukaraqua, Boliyiya, Venesuella onu qəbul edə biləcəklərini bildiriblər. Snowden transit zonasını siyasi mühacir sənədləri, passportu və Rusiya vizası olmadan tərk edə bilməz. Məlumatlara görə onun bu sənədlərdən heç biri yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?