Mətbuatın məlumatına əsasən dünən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşadət Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılmışdır. Biz adıçəkilən şəxslərin və yazda keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik.
Biz hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırırıq. Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparamağı davam etdirəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?