Böyük Britaniyanın Afrika məsələləri üzrə naziri Mark Simmonds da aldığı maaşla ailəsini saxlaya bilmədiyinə görə istefa verib.
Nazir maaşı az olduğu üçün istefa verib. Bizimyol.info xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb. Londonda ailəvi yaşamaq üçün 150 min funt-sterlinqin (200 min dollar) yetərli olmadığı səbəbilə o, vəzifəsindən imtina edib. Qəzetin yazdığına əsasən, illik əmək haqqı 89,435 funt (təxminən 150 min dollar) Simmondsa dövlət tərəfindən 27.875 funt-sterlinq (təxminən 47 min dollar) də evinin kirayə pulu ödənirdi. O bildirib ki, hökumətin verdiyi maaşla paytaxtda ailəvi yaşamaq mümkün olmadığı üçün ailəsi üçün paytaxtdan kənarda yerləşən Linkolnşir şəhərində kirayə ev tutub, özü isə Londanda otellərin birində yaşayır. Böyük Britaniyanın baş naziri Devid Kemeron nazirin istefasını qəbul edib.
Sorğu
Yeni dizaynımız necədir?