İngiltərənin beynəlxalq inkişaf naziri Priti Patel istefa verib.
Nazirin israilli diplomatlarla gizli əlaqələri ortaya çıxıb. Rəsmi görüş üçün baş nazir Tereza Mey tərəfindən ölkəyə çağırılan P.Patel 30 dəqiqəlik görüşdən sonra istefa ərizəsini təqdim edib. O, İsraildə istirahəti zamanı 2 gün boyunca bəzi israilli siyasətçilər, mülki təşkilatlar və şirkətlərlə ölkəsinin Xarici İşlər Nazirliyinin xəbəri olmadan görüşüb. Nazir görüşlər haqqında xarici işlər naziri Boris Consonun xəbərdar olduğunu desə də, o, bu iddianı təsdiq etməyib. P.Patel görüşlərdə Beynəlxalq İnkişaf Nazirliyinin adından israilli diplomatlara sözlər verib və İngiltərənin Fələstinə ayırdığı illik 68 milyon funt-sterlinq yardım büdcəsini azaltmağa çalışıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?