GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda yeni cinayət dalğası: “Namus üstə …”

Azərbaycanda yeni cinayət dalğası: “Namus üstə …”

Tarix: 16-09-2014, 15:27 Bölmə :Maraqlı Baxış: 1 468
Söz vaxtına çəkər. Ötən ilin bu vaxtları idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin qabağında toplaşan jurnalist ordusunu görən ağbirçək bir qadın gəlinini öldürdüyü üçün həbs olunan oğlu üçün az qala yalvarırdı qələm əhlinə: “Neyləyəydi bu adam? Namus üstündə öldürdü də. Papağımızı yerə soxmuşdu, qəsəbəyə çıxa bilmirdik o ləçərin əlindən. Uşaqlarını camaat barmaqla göstərirdi. Balam da bunların Elə ilk andaca ətrafdakı reaksiyalara diqqət etdim.

Cəmiyyət üçün bu cür cinayətlər də, onun səbəbləri də adiləşib. “Qadın xəyanət edib? O zaman öldürülməlidir də. Yazıq kişi neyləyəydi?” Təxminən yanaşma belədir. Hətta ən inkişaf etmişimiz belə bu cür cinayətə az qala haqq qazandırır. Namusu itə atıblar, it yeməyib… İnkişaf etməmiş Şərq ölkələrində çox vaxt bu sayaq cinayətləri yetkinlik yaşına çatmamış oğlan uşaqlarının da boynuna qoyurlar. Onlar bu əməli törətsələr də, az cəza alsınlar deyə…
Azərbaycanda yeni cinayət dalğası: “Namus üstə …”
Əslində son illər mətbuatda da bu cür xəbərlərin sayı artıb. “Namus cinayəti” başlığı ilə az qala hər gün iri-iri yazılar dərc edilir. Ekspertlərə görə, bu, cəmiyyətdə sözügedən xəbərləri adiləşdirir, insanlar üçün az qala normativ halına gəlir, şüurlarda da «namus cinayəti» söz birləşməsi özünə yer edir.

Amerikada qadını silahla, Hindistanda yandıraraq öldürürlər

Mövzunu eninə-uzununa təhlil etmədən illər öncə Əhməd Ağaoğlunun bu mövzuda dediyi maraqlı bir fikri yada salmaq yerinə düşərdi: “Əxlaqı təkcə cinsi münasibətlərlə məhdudlaşdıranlar insanı yalnız qurşağa kimi təsəvvür edənlərdir. Halbuki beldən yuxarı qəlb və ruha aid olan əxlaq sahələrində vəziyyət daha acınacaqlıdır”. Bu günümüzü əks etdirən çox gözəl bir ifadə forması olsa da, reallıqlar başqa mətləbdən xəbər verir.

Öncə ümumi rəqəmlərdən başlayaq. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın namus məsələsinə görə öldürülür. Qadın cinayət qurbanlarının 70 faizi ərləri, ya da sevgililəri tərəfindən öldürülür. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 400 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

“İndi namus cinayətinin adını intihar qoyurlar…”

ABŞ-da qadınlar daha çox silahla öldürülür, Hindistanda amansız yola əl atırlar. Hindlilər qadınları döyür, sonra da yandırırlar. Polislərə isə “mətbəx qəzası” deyib, canlarını qurtarırlar.

Türkiyədə mürtəce tayfa adət-ənənələri və namus məsələsi qadınların həyatı üçün real təhlükədir.

Əvvəllər cinayət qurbanı zorlanmış qız olurdu, indi həyat yoldaşı…

“Təmiz dünya” İctimai Birliyinin araşdırmalarına görə, ötən il 56 qadın öldürülüb, 32 qadınla bağlı isə ölümə qəsd faktı qeydə alınıb. Öldürülən qadınlardan 24 nəfəri qısqanclıq zəminində, 9-u ailə münaqişəsi zamanı, 1-i isə namus üstündə qətlə yetirilib. Daha 18 nəfər münaqişə nəticəsində öldürülüb. Qısqanclıq zəminində ölümə qəsdlə üzləşənlər 21 nəfər, münaqişə nəticəsində ölümə qəsdlə üzləşənlər isə 12 nəfər olub. Araşdırmaya görə, 2012-ci ildə 15 qadın əri tərəfindən öldürülüb. Kişilərin öz həyat yoldaşlarını öldürməyə cəhd etməsi ilə bağlı isə 13 fakt qeydə alınıb. 2 qadını qardaşı qətlə yetirib. Ölümə qəsdlə bağlı isə bu faktların sayı 4 olub. Kürəkəninin qətlə yetirdiyi qayınanaların da sayı az deyil — 4 nəfər. Bacısı oğlu tərəfindən 5 nəfər, tanışı tərəfindən 10 nəfər, atası tərəfindən isə 1 nəfər qətlə yetirilib. Öldürülən qadınların 3-ü balta, 3-ü isə tüfənglə qətlə yetirilib. Ölüm halları ilə bağlı qalan 50 hadisə bıçaqla törədilib.

Əvvəllər namus cinayətlərinin qurbanları əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi “əxlaqsız” damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir.

Eyni təşkilatın KİV-də apardığı monitorinqə əsasən, 2012-ci ildə təxminən 109 “namus üstündə qətl” törədilib, bu cinayəti törətmək istəyi ilə bağlı təxminən 63 cəhd qeydə alınıb. 2011-ci ildə 136 nəfər öldürülüb. 2013-cü ildə isə artıq təxminən 38 “namus üstündə qətl” törədilib.

Problem bütün dünyanı bürüyür — “The İndependent” belə yazır

Bununla yanaşı, “namus üstündə qətl” problemi bütün dünyada yayılıb.Bu problemə “The İndependent” qəzetinin icmalçısı Robert Fisk də diqqət yetirib. Öz materialında R.Fisk qeyd edir ki, sonuncu qadağan mövzulardan biri dünyada hər il ən azı 20 min qadının “namus üstündə” öldürülməsidir.

“Problem təkcə Yaxın Şərqin ərazisi ilə məhdudlaşmır: bu xəstəlik sürətlə yayılır” deyə, o qeyd edir.

Hüquq müdafiəçilərinin və KİV-in məlumatına görə, guya ailənin şərəfinə xələl gətirmiş günahsız insanların qətlləri ildən ilə artır.

2012-ci ilin rəsmi məlumatına görə, Azərbaycanda 5 478 qadın zorakılıq qurbanı olub. Birmənalı olaraq onların əksəriyyətini “namus cinayətlərinin qurbanları” adlandıra bilərik. Əslində cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutulmayan namus və ya əxlaqi dəyərlərin qorunması mümkün deyil.

Namus cinayətlərinin adını intihar qoyurlar

Psixoloqlar isə məsələni tamam fərqli aspektdən izah edir. Onların qənaətinə görə, öldürülən qadınların heç də hamısı əxlaqsız olmur. Çünki öldürülən zərif cinsin nümayəndələrinin bir hissəsi iftiraya məruz qalan qadınlar, digər bir hissəsi isə ailə adət-ənənələrinə üz çevirən qadınlardı. Öldürülən 10 qadından 2-nin əxlaqsız olma ehtimalı var. Amma bunu da heç kəs sübuta yetirə bilməz.

Daha bir məqam isə odur ki, hazırda namus cinayətlərinin adını da intihar qoyurlar. Dünyadakı intiharlara nəzər saldıqda, aydın olur ki, qadın intiharları ilə kişi intiharları fərqlidir. Kişilər əsasən silahdan özlərinə atəş açmaqla, maşınla qəza törətməklə intihar edirlər. Qadınlar nisbətən asan yol seçirlər, özlərini asırlar. Yaxın Şərqdə isə vəziyyət spesfikliyi ilə seçilir. Qadınlar intihara məcbur edilirlər. Qadınları elə vəziyyətə salırlar ki, o, çarəni yalnız ölməkdə görür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda polisi güllələdilər - namus üstündə

    Bakıda polisi güllələdilər - namus üstündə ...

    23-11-2015, 14:49

  • 
  • Salyanda namus üstə qan töküldü

    Salyanda namus üstə qan töküldü ...

    17-08-2015, 14:14

  • 
  • Bakıda namus sevgini göysatan bıçağı ilə parçaladı - TƏFƏRRÜAT

    Bakıda namus sevgini göysatan bıçağı ilə ...

    3-02-2015, 11:46

  • 
  • GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI

    GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI ...

    25-07-2013, 20:40

  • 
  • Həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər

    Həm kişi, həm də qadın 7 gün ödənişsiz ...

    19-03-2015, 20:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu