Ötən gecə Bakıda qardaş bacısının "dost" dediyi gənci öldürüb. Onların dost və ya sevgili olması məsələsini oxucuların və istintaqçıların ixtiyarına buraxıb, hadisənin necə baş verməsinə keçək.
gundemxeber.az Milli.az-a istinadən xəbər verir ki, təxminən 4 ay əvvəl həbsxanadan çıxan 50 yaşlı Elşad Mustafayev dul bacısının evində olan zaman qapı döyülür. Qapını açır və cavan bir oğlanı – 29 yaşlı Namiq Əliyevi görür. Çağırılmamış qonağın bacısıgilə mütəmadi gəldiyini biləndə isə göyərti satarkən istifadə etdiyi bıçağı cibindən çıxararaq Namiqin sağ tərəfdən qoltuğunun altına sancır.
Bıçaq yarası alan Namiq yarasının ağırlığını hiss etmir və geri dönərək gedir. Maştağa qəsəbəsi, Xanlar küçəsində isə düz avtomobil yolunun ortasında huşunu itirərək yıxılır. Yaxınlıqdakı adamlar ona kömək etmək istəsələr də, Namiq aldığı zərbədən keçinibmiş. Morqa gətirilən Namiq ekspertizadan keçirilib və məlum olub ki, onun əhəmiyyət vermədiyi yara əslində çox ağır olub. Sağdan sancılan bıçaq ürəyinə qədər dəlib keçib.
Hadisənin səbəbkarı olan qadın da istintaqa ifadəsində Namiqlə uzun müddətdir dost olduğunu deyib.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Elşad artıq tutulub və ifadəsində deyib ki, 15 il əvvəl ərini itirən bacısının namusunu qorumaq üçün qətl törədib.
Son zamanlar ölkədə namus, xəyanət üstündə çoxsaylı qadın qətlləri baş verir. Maraqlıdır, namus, qeyrət, xəyanət mütləq qanla yuyulmalıdırmı? Bu suala cavabı oxucuların ixtiyarına buraxırıq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?