GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

Tarix: 17-09-2014, 16:00 Bölmə :Maraqlı Baxış: 8 556
Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin rayon şöbəsinin rəisi budcəni talayır

Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

Quba Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanlar mövcuddur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Idarənin rəisi Nazir adlı şəxsin fəaliyyətində ciddi qanun pozuntularına yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.
Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.
Quba rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Nazirin üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü Respublika Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Nazir da məhz belə məmurlardandır.
Quba rayonundan daxil olan başqa məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Nazir Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəni aldadır. Belə ki, dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.
Azerinews.org-a daxil olan məlumatda bildirilir ki, Nazir müəllim sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000-60 000 manat göstərilir. Bu pulla isə bir neçə yeni su nasosu almaq mümükündür.
Bildirilir ki, təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi üçün100 000 manat pul ayrılıb. Həmin pul sadəcə silinib, amma su kanallarında son 20 il müddətində heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir işgörülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Nazirin şəxsi kassasında yoxa çıxır.
Azerinews.org-a daxil olan məlumatda o da bildirilir ki, su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndilərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Vaqif Səlimov mənimsəyir.
Bildirilir ki, rayonun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır.
Məlumatda nazirin rəhbəri olduğu idarədə, adı həmçinin işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da bəhs olunur. Azerinews.org
Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. - See more at: http://azerinews.tv/index.php?newsid=13085#sthash.HzhO20PF.dpuf
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

    Quba Suvarma Sistemləri İdarəsində korrupsiya ...

    6-08-2013, 16:22

  • 
  • Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən milyonlar

    Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən ...

    31-07-2014, 23:59

  • 
  • Neftçalada torpaqlar məmur özbaşınalığına qurban gedir

    Neftçalada torpaqlar məmur özbaşınalığına qurban ...

    12-01-2014, 00:39

  • 
  • Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə məşğuldur?

    Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə ...

    10-04-2014, 10:05

  • 
  • Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

    Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan ...

    29-01-2014, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu