Son aylarda Kəlbəcərdə girov götürülən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin, eləcə də qətlə yetirilən Həsən Həsənovla bağlı cəmiyyətimiz ayaqdadır. Bir neçə gün öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Həsən Həsənovun nəşinin ermənilərdən geri alınaraq Azərbaycanda dəfn edilməsindən sonra belə bir əminlik yaranıb ki, prezident İlham Əliyevin səyləri və beynəlxalq təşkilatları, Ermənistana təsir etmək gücündə olan dövlətləri və nüfuzlu şəxsləri prosesə cəlb etməsi digər girovlarımızın da geri qaytarılmasına səbəb olacaq.
Ancaq çox təəssüf ki, biz bu istiqamətdə atmalı olduğumuz bütün addımları hələ də atmamışıq. Bunlardan biri də həmin olaydan dərhal sonra Baş Prokurorluqda cinayət işi başlanılmamasıdır.
Tanınmış vəkil Bəhruz Bayramov Moderator.az-a açıqlamasında acı təəssüflə bildirir ki, həmin hadisədən dərhal sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və qanunsuz həbsdə saxlama (144.1) maddələriylə cinayət işi başlanılmalıydı.
B. Bayramov hesab edir ki, hələ də gec deyil və Baş Prokurorluqda Cinayət Məcəlləsinin bir sıra maddələriylə cinayət işi başlanılmaldır və soydaşlarımızı qondarma rejimin mühakimə etməsinin beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi qəbul edilməsi istiqamətində ciddi beynəlxalq kampaniya aparılmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?