Bu gün dünyanın əksər ölkələri dünyada məhşur olan "Cadılar Bayramı" (Balqabaqlar bayramını) qeyd edir. Artıq Avropada məhşur olan bayramın Azərbaycan məktəblərində də keçirilməsi faktlarına rast gəlinib. Bayramın məktəblərdə keçirilməsinin nə qədər doğru olub-olmadığını bilmək üçün Təhsil Nazirliyinin mətbuat katibi ilə əlaqə saxladıq.
Ölkə.az-a danışan Cəsarət Valehov bildirdi ki, "rəsmi olaraq kimsə hər hansısa bayramın keçirilməsini qadağan etmir. Bunun təhsil nazirliyinə heç bir aidiyyatı yoxdur".
- Bu hər məktəbin öz seçimidir. Bunun təhsil nazirliyinə heç bir aidiyyatı yoxdur. Tutaq ki, məktəb hər hansı bir bayramı uşaqlarla bərabər qeyd edirsə, bu məktəbə bağlı bir şeydir. Bu Təhsil nazirliyi tərəfindən verilmiş qərar deyil ki, biz bununla bağlı nəsə söz söyləyək.
Hər bir təhsil ocağı, şagirdlər, müəllimlər müxtəlif ölkələrin tarixi ilə bağlı, onların adət-ənənələri ilə bağlı müxtəlif tədbirlər keçirirlər. Tək Amerika deyil, Avropa ölkələri, MDB ölkələri də bu siyahıya aiddir. Bu məktəbin tematik planları ilə bağlı, yaxud da ki, şagirdlərin müəllimlərlə bərabər düşündüyü plana uyğun ola bilər. Amma rəsmi olaraq kimsə hər hansısa bayramın keçirilməsini qadağan etmir.
- Yəni ki, nazirlikdə bununla bağlı heç bir qadağa yoxdur?
- Yenə də deyirəm, biz məktəblərdə bayramların keçirilməsini rəsmi şəkildə tövsiyyə edə bilmərik, yəni söhbət ondan gedir ki, bu bayramlar, hər hansısa bir xalqın bayramı məktəbin kollektinin rəyi ilə, onların hazırladıqları müxtəlif tədbirlərlə gerçəkləşə bilər. Bu rəsmi bir tədbir deyil. Sadəcə olaraq onların öz rəylərinə uyğun olaraq keçirilir".
Qeyd edək ki, "Cadılar bayramı" Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında yaranmışdır. Hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilən bayram başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrdində təntənəli şəkildə qeyd edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?