Orta məktəblərdə Yeni il şənliyinin keçirilməsinə heç bir qadağa qoyulmayacaq. Təhsil Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il məktəblərdə Yeni il şənliklərinin keçirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq.
“Məktəbin rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni illə bağlı ümumməktəb tədbiri keçirə bilər. Amma bunun üçün pul yığılmasına ehtiyac yoxdur. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Yeni il bayramı ərəvəsində hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirilərsə, müvafiq şəxslər barədə ciddi tədbir görüləcək”.
Sorğu
Yeni dizaynımız necədir?