GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu

Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu

Tarix: 5-11-2014, 16:22 Bölmə :Maraqlı Baxış: 0
Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu
Keçmiş vergi müfəttişinin viran qoyduğu rayon; İcra başçısının “Təmiz Binəqədi” layihəsini və bu layihənin altında gizlədilən biabırçılığı təbiət asanlıqla üzə çıxardı; paytaxta yağan bir neçə saatlıq yağış Binəqədinin “novator” rəhbərini “islatdı” və onun yol verdiyi korrupsiyanı küçələrdə gölləndirdi; dövlətdən oğurlanan milyonlar qazon əkilməsinə, hasar tikilməsinə və rəngsazlıq işlərinə həsr olunubmuş

1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.

Bunun ardınca sözügedən rayonun ərazisində vizual olaraq xeyli tədbir keçirilib. Yeni asfaltlar, zibil yeşiklərinin rənglənməsi, yaşıllıqların artırılması… Rayon icra hakimiyyətinin rəsmi saytında da bu tədbirlər 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə hazırlıq işi kimi qələmə verilib. Layihənin təbliğatı isə demək olar ki, 5 aydır milli telekanallarda, rəsmi saytlarda gen-bol yer alır…
Və… noyabrın 2-dən etibarən başlayan leysan yağışlar bu layihəni də suya batırdı. Hazırda Binəqədinin əksər küçələri yağışa təslim olub, sosial şəbəkələrdə bununla bağlı yüzlərlə foto yer alıb. Bu isə “Təmiz Binəqədi”nin yarıtmaz kanalizasiya sistemi, bərbad asfaltının… olması barədə fikirləri möhkəmləndirdi. Yaxşı, bəs bu cür ciddi paraların dövr etdiyi layihənin fiaskoya uğramasının səbəbi nədir? Harda, hansı yeyintilər baş verib?
Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu

İqtisadçı ekspert Rövşən Ağayev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, əslinə qalanda, bu, indiyə qədər Azərbaycanda rast gəlinən ənənəvi halların tərkib hissəsidir: “Siz bilirsiniz ki, hökumət səviyyəsində aparılan bir çox layihələr uğursuz olur. Səbəb odur ki, birincisi, ciddi nəzarət mexanizmləri olmur. Hər hansı layihə uğursuz olanda media, vətəndaş cəmiyyəti bunun hesabatını soruşur, ictimailəşdirir. Azərbaycanda isə ictimai nəzarətsizlik mühitidir. Belə bir məsuliyyətsiz şəraitdə həyata keçirilən layihələrdən uğur əmsalı gözləmək mümkün deyil”.
Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu

Müsahibimizin sözlərinə görə, bir başqa problem də bu sayaq layihələrə ciddi dövlət nəzarətinin olmamasıdır. R.Ağayev dedi ki, hər hansı qurum belə layihə həyata keçirəndə qarşısına vəzifələr qoyur. Bunlar həmin rayonda su, kanalizasiya xətlərinin təmiri, tıxacın aradan qaldırılması, yaşıllığın artırılacağı ilə bağlı ola bilir: “Və son nəticədə bunların heç biri həyata keçmirsə, dövlət nəzarətinin nəticəsi özünü göstərməlidir. Məsələn, hüquq-mühafizə orqanları bundan nəticə çıxarıb, yeyintiyə yol verən qurumun səlahiyyətli şəxslərini cəzalandırmalıdır. Hesablama Palatası, Vergilər Nazirliyi də həmçinin üzərinə düşəni etməlidir. Amma Azərbaycanda bu cür adamlar siyasi hakimiyyət tərəfindən himayə olunur. Ayrılan vəsaitlər qapalı şəraitdə xərclənir. Məsələn, kanalizasiya xətləri çəkirlər. Məlum olur ki, doğru çəkilməyib. Bir yağışdan sonra bu xətlər suyu qəbul etmir”.

Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu

R.Ağayev dedi ki, konkret “Təmiz Binəqədi” layihəsinə ayrılan vəsaitlə bağlı məlumatlar şəffaf deyil. Onun sözlərinə görə, Avropa Oyunlara ayrılan vəsaitlər göz qabağındadır: “2013-2014-cü illərdə olimpiya oyunlarına 2.3 milyard, 2015-ci il üçünsə 1.3 milyard manat ayrılıb. Ümumilikdə isə Avropa Oyunlarına 3.6 milyard manat nəzərdə tutulub. Hökumətin investisiya xərcləri mənbələrində göstərilmir ki, ”Təmiz Binəqədi» layihəsinə nə qədər vəsait ayrılıb. O ölkələrdə ki, hökumət bu cür tədbirlərə öncədən hazırlaşır, hazırlıqları olur, onlar uğur qazanır. Xüsusi strateji maraqları olmayanda uğursuz olur. Nə “Eurovision” zamanı, nə də indi hökumətin xüsusi strateji planı yoxdur. Məsələn, 1992-ci ildəki olimpiya oyunları tədbirində Barselonanın konkret hədəfi var idi ki, ölkəyə gələn turistlərin sayını artırsın və planlaşdırdığı kimi də oldu. Amma Azərbaycanın belə hədəfi yoxdur. Korrupsiya maraqları olan yerdə qərarlar da qapalı verilir».
Xaləddin İsgəndərovun yalanı və talanı necə ifşa olundu
Xatırladaq ki, Binəqədi rayonunun icra başçısı Xaləddin İgəndərov bu posta Vergilər Nazirliyindən gətirilib. O, Vergilər Nazirliyində müxtəlif rəhbər postlar tutub. Sözügedən nazirlik Azərbaycanda ən çox korrupsiyaya uğrayan dövlət qurumlarındandır. Həmçinin sahibkarlığın məhv edilməsi istiqamətində VN-in qeyri-rəsmi xüsusi planı var. Bu qurum kiçik, orta və iri sahibkarları sözün əsl mənasında maliyyə terroruna məruz qoyur. İlk gündən deyilirdi ki, belə bir sistemdən çıxmış adamın Binəqədi kimi böyük sənaye rayonuna başçı gətirilməsi özünü doğrultmayacaq.
X.İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi İH başçısı təyin olunub. Ötən iki il yarım müddətində Binəqədidə elə ciddi dəyişiklik baş verməyib. Düzdür, o, bu vəzifəyə təyin olunandan yolların kənarında yaşıllıq salınır, hasarlar tikilir, divarlar ağardılır, rənglənir və s. Amma rayonun infrastrukturunda, əhalinin güzəranının yaxşılaşmasında ciddi irəliləyiş yoxdur. “Yeni Müsavat” qəzetinin bir neçə əməkdaşı Binəqədi sakinləridir. Onlar daim rayon ərazisində suyun, elektrik enerjisinin və təbii qazın verilişində əvvəlki illərdə olduğu kimi problemlərin qaldığını vurğulayır. Demək, divarlara rəng vurmaqla, yol kənarına qazon əkməklə rayonun vəziyyətini düzəltmək olmurmuş. Belə çıxır ki, “Təmiz Binəqədi” layihəsinə sərf olunan dövlət vəsaiti əslində bir neçə məmurun cibinə axıb. O qədər axıb ki, həmin pulların yaratdığı korrupsiya hazırda Binəqədinin küçə və prospektlərində az qala adam boyu qədər olan gölməçələr yaradıb… Xaləddin İsgəndərov bu gölməçədə korrupsiya əməllərini yuya biləcəkmi, yoxsa o, elə həmin gölməçələrdə batıb qalacaqmı? Bunu yaxın zamanda görəcəyik.

Sevinc TELMANQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO

    Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO ...

    18-06-2021, 19:16

  • 
  • Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

    Başçının növbəti faciəsindən sakinlər necə ...

    26-10-2016, 23:03

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu