Bolgarıstanın paytaxtındakı prezident sarayının yaxınlığında bir qadın özünü yandırmağa cəhd edib. O, ağır yanıq xəsqarəti ilə xəstəxanaya çatdırılıb.
Ölkə.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bazar ertəsi 15:46 (bizim vaxtla 16:45) noyabırın 3 baş verib.
Qadın prezident sarayının yanına taksi ilə gəlib və binanın qarşısında yerləşən fəvvarələrin yanında üzərinə alışqan maye tökərək özünə od vurub.
Prezidentin təhlükəszlik xidmətinin əməkdaşları, polislər və yoldan keçənlər onu birtəhər söndürüblər. Hadisə yerinə yanğın söndürənlər və təcili yardım çağırılıb. 38 yaşlı qadın ağır yanıqlarla ilə xəstaxanaya çatdırılıb.
Klinika həkiminin sözlərinə görə, qadının bədən səthinin 90%-i yanıb. İntihara cəhdin motivləri hələ məlum deyil.
Qeyd edək ki, ilin əvvəlindən Bolqarıstanda altı dəfə özünüyandırma cəhdi olub. Belə hərəkətlərə səbəb ölkənin ağır iqtisadi vəziyyətdə olması, yaşayış həddinin çox aşağı səviyyədə olması və baş alıb gedən korrupsiyadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?