GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR

Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR

Tarix: 8-11-2014, 00:50 Bölmə :Maraqlı Baxış: 0
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır.

Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib.

Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib.

Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.

Məlumdur ki, almanlar tərəfindən bir çox modern silahların, eyni zamanda atom bombasının hazırlanması üçün uğurlu layihələr hazırlanmışdı. Bu gün bir çox mütəxəssisin fikrincə, almanlar texnoloji və elmi nailiyyətlərə ancaq yadplanetlilərlə əlaqə sayəsində nail ola bilərdilər. Ola bilsin ki, bu əlaqələrin dərin kökləri olub.

Mütəxəssislər deyir ki, yadplanetli irq Yer planeti sakinlərinin həyatına qarşı biganədir və hətta onların bizlərdən xoşu gəlmir. Ola bilər ki, yapdlanetlilərin dünya bəşəriyyətinə qarşı yüksək humanist məqsəd və dəyərləri yoxdur.

Nasional-sosialistlər Almaniyada hakimiyyətə gəlməzdən öncə ari irqinin köklərini araşdırırdılar və əfsanəvi Şambalanın axtarışı ilə məşğul idilər. Nasistlər dünya hökmranlığını ələ keçirmək üçün sirli biliklərə sahib olmağa can atırdılar. Hətta bəzi alimlərin iddiasına görə, hitlerçilər uzun müddət Şərqdə və Rusiyanın ucqarlarında, Tibetdə məhz informasiya kanalını axtarıblar. Fərziyyəyə görə, bu kanala sahib olduqdan sonra dünyaya hökm etmək mümkün idi. İkinci dünya müharibəsi zamanı da bu kanalı axtarıblar. Himalay və Tibetə çoxsaylı məxfi ekspedisiyalar yola düşüb. Onların tərkibinə alimlər və onların təhlükəsizliyinə cavabdeh olan SS-çilər daxil idi. Bütün axtarışlar ən müasir avadanlıqlarla təchiz edilmişdi. 1935-1939-cu illər ekspedisiyaların ən uğurlu və məhsuldar dövrü sayılır. Amma tədqiqat nəticələri ilə bağlı rəsmi sənədlər yoxa çıxıb. Ya bu sənədlər məhv edilib, ya da keçmiş alman xüsusi xidmət orqanlarının gizli məkanlarında gizlədilib.

Versiyalardan birinə görə, ekspedisiyalardan biri, çox güman ki, Himalay dağlarında qəzaya uğramış “uçan boşqab” tapıb və yadplanetlilərlə əlaqə qurmağa nail olub. İstisna deyil ki, almanlar hətta uçan aparatın ekipajını əsir götürüb və ya kosmik kəşfiyyat bazasını ələ keçiriblər. Yəqin ki, almanların hücumu bazada olan yadplanetlilər üçün gözlənilməz olub. Amma yadplanetlilərin bu hücumdan qoruna bilməməsi fikri inandırıcı görünmür. Çünki almanların silahları onlar üçün primitiv sayılırdı. Çox güman ki, əlaqə qarşılıqlı anlaşma nəticəsində baş verib: yadplanetlilər kosmik gəminin təmiri və texniki xidməti üçün lazım olan materialları almanlardan əldə ediblər. Almanlar isə, əvəzində yüksək texnoloji bilgilər barədə məlumat alıblar.

Bu tip versiyaların səslənməsi təbiidir. Nəyin düz, nəyin yalan olduğuna qərar vermək çətindir. Çünki Almaniyanın o dövr üçün texniki və hərbi sahədə yüksək səviyyədə nailiyyətlər əldə etməsi yerdənkənar sivilizasiyadan əldə edilən informasiya sayəsində mümkün idi. Nəzərə almaq lazımdır ki, bütün bu texniki yeniliklər əldə olunanda Almaniyanın bütün alimləri ölkəni tərk etmişdilər. Nəticədə, elmi məktəblər bağlanmış, elmi-texniki layihələrin işlənməsi dayandırılmışdı. Almanların yeni silah istehsalı sahəsində Amerika Birləşmiş Ştatları və Rusiyanı kölgədə qoyması faktdır. Amma adıçəkilən ölkələr elmi və maddi potensiala görə Almaniyadan qat-qat üstün idilər.

Almaniyanın təslimçilik aktına qol çəkdikdən sonra bəzi texniki nailiyyətlər Hitler əleyhinə qurulmuş koalisiyaya daxil olan müttəfiqlərin əlinə keçdi. Müharibədən sonra bütün ölkələrin texniki kəşfiyyat orqanlarının ciddi-cəhdlə işləməsi bunu təsdiq edən faktdır.

Bütün bu versiyalara baxmayaraq, Hitlerin yadplanetlilərlə konkret əlaqələrinin olduğu barədə maddi sübut və dəlillər yoxdur. Amma dolayı yolla bunu sübut edən faktlara rast gəlmək mümkündür.

Məsələn, 30-cu illərin sonunda Almaniya hərbi qüvvələrinin 57 ədəd sualtı qayığı var idi. Sonradan 4 il ərzində almanlar 1150 super müasir sualtı qayıq inşa etdilər. Bu bir çox strateji materialların çatışmazlığı və Almaniya şəhərlərinin daim müttəfiqlər tərəfindən bombalanması fonunda baş verdi.

İngilis, amerikan və sovet hərbçiləri ələ keçirilmiş, amma qəti zədələnməmiş sualtı qayıqları görəndə böyük təəccüb keçirdilər. Görəsən, dənizçiləri təəccüblənməyə vadar edən səbəb nə idi?

Birincisi, alman sualtı qayıqları tamamilə səssiz hərəkət edirdi. Bu isə düşmən hidroakustika qurğuları tərəfindən axtarışını çətinləşdirirdi. İkincisi, alman sualtı qayıqlarında 8.5 min dəniz mili məsafə qət etmək üçün yanacaq ehtiyatı daşımaq mümkün idi. Bu isə o illər üçün inanılmaz bir rəqəm sayılırdı. Üçüncüsü, alman sualtı qayıqları, digər ölkələrin sualtı qayıqlarından az nəzərə çarpan silueti, inanılmaz manevr qabiliyyəti, əla sükan sistemi, iki ədəd periskopu (sualtı gəmidən baxmaq üçün optik cihaz) ilə fərqlənirdi. Silah kimi qayığın burun hissəsinə 88 millimetrlik top quraşdırılırdı. Üst hissədə isə 20 millimetrlik zenit topu vardı. Dördüncüsü, alman sualtı qayıqlarında avtomatik tuşlanan elektrik torpedaları mövcud idi. Bu torpedalar hərəkət zamanı suda xarakterik qabarcıqlar buraxmırdı. Bu isə torpeda hücumunun olduğunu anlamaqda qarşı tərəfə çətinlik yaradırdı.

Alman sualtı qayıqları yüksək texnoloji səviyyəyə sahib idi. Məsələn, 7-ci nəsil alman sualtı qayıqları Sovet hərbi-dəniz donanmasına verildi və 50-ci illərin sonuna qədər onlardan istifadə olundu. Qeyd etmək lazımdır ki, bu qayıqlardan biri SSRİ-yə 70-ci illərə qədər “xidmət edib”.

Qayıqlarda olan xüsusi qurğu suyun altında havanı dizel mühərriklərə ötürürdü. Müqayisə üçün deyək ki, suyun altına enmiş adi qayıqlarda dizel mühərriklər söndürülür və elektrik mühərriklərinə keçilirdi.

Bundan başqa, alman sualtı qayıqlarında idarəetmə hidravlik sistem vasitəsilə həyata keçirilirdi. Hidravlik laq (gəminin sürətini ölçmək üçün cihaz) və digər texnoloji yeniliklər başqa qayıqlarda mövcud deyildi. Əgər nasistlər, həqiqətən də, yadplanetlilərlə əlaqədə olublarsa, deməli, güclü silah, məsələn, sualtı atom kreyseri istehsal edə bilərdilər. Amma deyəsən, almanlar yadplanetli irqin elə biliklərindən yararlanıblar ki, qısa müddətə yeni silah növləri istehsal edə bilsinlər.

Məsələn, almanlar 1000 km/saat sürətlə hərəkət edə bilən reaktiv qırıcılar istehsal etdilər. Bu təyyarə göstəricilərinə görə bütün müttəfiq ölkələrdə istehsal edən qırıcılardan çox üstün idi. Bugünədək də, kütləvi bombardman altında almanların 1945-ci ildə 2 min hərbi təyyarə istehsal etmələri sirr olaraq qalır.

Alman mütəxəssislər yeni tip mühərrik istehsal etmişdilər. Hərbi analitiklər əminliklə söyləyirlər ki, əgər almanlar bu mühərriki 1944-cü ildə istehsal edib “Messerşmitt Me-163” qırıclarına quraşdırsaydılar, müharibənin gedişatı tamamilə hitlerçilərin xeyrinə dəyişə bilərdi.

Maraqlı faktlardan biri də odur ki, Böyük Britaniya və ABŞ kəşfiyyat orqanlarının gizli arxivlərində hərbi təyyarəçilərin məruzələri var. Bu məruzələrə əsasən, təyyarəçilər ikinci dünya müharibəsi zamanı Almaniya səmasında əsgər dəbilqəsinə və ya boşqaba bənzər uçan aparatlar gördüklərini dəfələrlə qeyd ediblər. Sovet təyyarəçilərinin bu tip faktlarla qarşılaşdıqları barədə məlumat yoxdur.

90-cı illərin əvvəlində alman və çex mətbuatında maraqlı materiallar dərc olunmağa başladı. Bu materiallar II Dünya Müharibəsi zamanı Çexoslovakiyada hərbi qulluqda olan və yeni silahları sınaqdan keçirən alman əsgər və zabitlərinin ifadələri əsasında hazırlanmışdı. Şahidlərin verdiyi ifadəyə görə, 1943-cü ilin payız aylarında onlar səmada qeyri-adi uçan aparatı izləyiblər. Uçan aparat gümüşü rəngdə, diametri 6 metr olan disk formasında olub. Aparat silahla da təchiz edilib və onun topu tank lüləsinə bənzəyirmiş. Diskin alt hissəsində 4 cüt orta ölçülü şassi olub. Bu uçan aparatın sonrakı taleyi barədə məlumat yoxdur. İstisna deyil ki, ingilis və amerikalı təyyarəçilər məhz bu aparatla qarşılaşıblar. Ola bilər ki, sovet təyyarəçiləri də ona rast gəliblər. Amma bu barədə məlumat yoxdur. Çünki II Dünya Müharibəsi barədə sənədlər Rusiya xüsusi xidmət orqanları tərəfindən məxfiləşdirilib.

Başqa bir informasiya da bu səpkidə düşünməyə vadar edir. 90-cı illərin əvvəlində dərc edilən bir xəbərə görə, 47 ildən sonra nasist kosmonavtlar Yer kürəsinə qayıtdı! Aprelin 2-də kosmonavtlar Atlantik okeanından səmaya uçmuşdular. Bəzi mənbələrin dəqiq məlumatına görə, uçuş Hitlerin şəxsi tapşırığı ilə həyata keçirilib. NASA-nın bəzi mütəxəssislərinin fikrincə, Penemyqnde poliqonundan 1943-cü ildə bir raket start götürüb. Raket açıq kosmosa uçub. Əldə edilən məlumata görə, uçuş zamanı kosmonavtlar qocalmayıblar və qayıdarkən Yer planetində uzun müddət uzaq düşdüklərindən xəbərsiz olublar. NASA-ya müraciət edən və bu barədə məlumat əldə etmək istəyən jurnalistlərin sorğusu cavabsız qalıb. Qurum bu məlumatı nə təsdiq edib, nə də inkar edib. Ola bilsin ki, nasist astronavtları unikal məlumata sahib idilər və ABŞ bu informasiyanın yayılmasında maraqlı deyil.

Bu, dolayı yolla da olsa, Üçüncü Reyxin yadplanetilərlə əlaqələrinin olduğunu sübut edir. Bu əlaqələrin hansı müddətdə olduğu barədə də məlumat yoxdur.

Nasistlərin yadplanetlilərlə əlaqəsini sübut edən faktlardan biri də Hitlerin tez-tez sirli silahı olduğu barədə verdiyi bəyanatlardır. Amma onun hansı silahı nəzərdə tutduğu naməlum olaraq qalır. Ola bilər ki, Hitler tezliklə kosmonavtların Yerə qayıdacağına, əldə etdikləri informasiya və biliklərlə yeni texnika istehsal edəcəyinə və dünya hökmranlığını ələ keçirəcəyinə ümid edirdi.

Hələlik, Üçüncü Reyxin yadplanetlilərlə əlaqəsi tam açılmayıb. Amma Almaniyanın süqutundan sonra nasistlərin ələ keçirilən elmi-texniki layihələri insanı dəhşətə gətirir və bu barədə konkret düşünməyə vadar edir.

Müharibənin sonunda müttəfiqlər bir-birinə etibar etmirdilər və Avropada kommunizmin yayılmasından qorxurdular. Bu səbəbdən də, Almaniyada ələ keçirilən laboratoriya layihələri gizli saxlanıldı.

Qərb tarixçiləri və araşdırmaçılarının yazdığı bir çox məqalə və materiallar həddən artıq fantastik və absurd görünə bilər. Bununla belə, bəzi faktlar üzərində düşünmək lazımdır. Məlumdur ki, nasistlər nüvə bombası və yeni silah istehsalı sahəsində ciddi uğurlar əldə ediblər və bundan əlavə, texniki nəaliyyətlərə imza atıblar. Bir çox qərbli araşdırmaçının fikrincə, almanlar bu nailiyyətlərə yadplanetlilər sayəsində çatıblar.

“Hitlerin yadplanetlilərlə əlaqəsi olubmu” sualına konkret cavab vermək mümkün deyil. Bu, Üçüncü Reyxin sirri olaraq qaldı. Bu sirri ya yadplanetlilər aça bilər, ya da müəmmanı nasistlərin gizli mağaralarında saxlanılan sənədlər vasitəsilə gün işığına çıxarmaq mümkündür. Hələ ki, bu barədə danışarkən yalnız dolayı faktlara istinad etmək mümkündür. (publika.az)
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
Hitler və yadplanetlilər - ŞOK FAKTLAR + FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi

    ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi ...

    13-10-2014, 14:44

  • 
  • Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 il keçir.

    Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 ...

    9-05-2013, 00:34

  • 
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO

    Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq ...

    2-05-2019, 17:20

  • 
  • Paşinyan indi də Rəsulzadəyə iftira atır

    Paşinyan indi də Rəsulzadəyə iftira atır ...

    18-05-2020, 11:06

  • 
  • ABŞ Merkelin telefonlarına qulaq asıb

    ABŞ Merkelin telefonlarına qulaq asıb ...

    24-10-2013, 15:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu