GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xalq üsyanlarının səbəbi

Xalq üsyanlarının səbəbi

Tarix: 25-01-2013, 11:28 Bölmə :Maraqlı Baxış: 842
Xalq üsyanlarının səbəbi

Hakimiyyət rəsmiləri, onların yerlərdəki nümayəndələri
adamlarla elə aşağılayıcı davranır və bunu o qədər alışqanlığa
çeviriblər ki, əhalinin qalxa biləcəyini ağıllarına da gətirmirlər


İsmayıllıda nə baş verir? Adamların etirazı haradan qaynaqlanır? Bu suallara istər siyasətçilərin, istərsə siyasət bilicilərinin fərqli cavabları var. Politoloq Ərəstun Oruclu İsmayıllıda baş verənləri əhalinin məmur özbaşınalığına birbaşa reaksiyası sayır: «Bu hadisə də Qubada, «Binə» Ticarət Mərkəzində baş verən qarşıdurma kimi, birbaşa dövlət orqanlarının və onların təmsilçilərinin vətəndaşların hüquqlarına, ləyaqətinə, mülkiyyətinə təcavüzkar münasibətinə göstərilən reaksiyadır. Hakimiyyət rəsmiləri, özəlliklə onların yerlərdəki nümayəndələri adamlarla elə aşağılayıcı davranır və bunu o qədər alışqanlığa çeviriblər ki, əhalinin qalxa biləcəyini ağıllarına da gətirmirlər».
Politoloq hesab edir ki, bütün baş verənlər hakimiyyətin indiyədək insanları cana yığan məmurlara dözümlü və loyal münasibətinin nəticəsidir: «Binə» Ticarət Mərkəzində sahibkarlar bir aydır narazılığını dilə gətirsələr də, hakimiyyət əlini ağdan-qaraya vurmurdu. Elə ki adamlar küçələrə çıxdı, onda onları top-tüfənglə qarşıladılar. Bənzər hadisə İsmayıllıda da baş verdi. Hakimiyyət yenə xalqı aşağılayan adamlara qarşı deyil, etirazçılara qarşı zor işlətdi».
Ərəstun Oruclu ilin başlanğıcında 3 belə etiraz aksiyasının keçirilməsini hakimiyyətə ciddi siqnal sayır. O hesab edir ki, hakimiyyət dərin islahatlara getməsə, sonrakı aylarda daha sərt problemlərlə üzləşə bilər.
Siyasi şərhçi Azər Rəşidoğlu İsmayıllı hadisələrini müxtəlif məsələlərlə bağlayır –oliqarxların iç savaşı, hakimiyyəti ələ keçirmək istəyənlərin planları və seçki ilində Azərbaycanı qarışdırmaq istəyən xarici qüvvələrlə. O, bu səbəblərlə yanaşı, İsmayıllı olaylarını xalqın təbii narazılığı kimi də dəyərləndirir: «Yəni, bu, eyni zamanda kortəbii xalq etirazlarıdır və bundan hakimiyyətin içərisində olan müəyyən qüvvələr də yararlanmaq istəyir. Beləcə, İlham Əliyevlə xalq arasında uçurumu dərinləşdirib, onu 3-cü dəfə seçkiyə getmək imkanından məhrum edib, özləri hakimiyyəti ələ keçirməyə can atırlar. Digər tərəfdən, bu, Qərbin və özəlliklə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə təzyiqlərinin uzantısıdır».
İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmisi Valeh Salehov rayonda baş verənləri iki sərxoş şəxsin insanları söyməsi və qarşı tərəfin buna cavab verməsi ilə izah edir. O, İsmayıllı olaylarının bir il öncə Qubada baş verənlərə bənzəmədiyini də deyir. «O hadisələrin İsmayıllıdakı hadisələrə heç bir bənzərliyi yoxdur. Qubada başçı xalqa münasibətində səhvə yol vermişdi. Burda isə icra hakimiyyətinə dəxli olmayan iki adamdan söhbət gedir».
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində İsmayıllıda baş verənlərə Əli Həsənovun və hüquq-mühafizə orqanlarının açıqladığı münasibətdən əlavə heç nə deyə bilməyəcəyini söyləyib: «Mən onların səsləndirdiyi fikirlərlə tam razıyam və əlavə söz demək istəmirəm».
Hakimiyyətyönlü Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc idarəçilikdə müəyyən problemlərin olduğunu danmır. Deputat hesab edir ki, bu məsələni bir motel sahibi ilə rayon sakinləri arasında baş verən hadisə kimi götürmək olmaz. Onun fikrincə, hakimiyyət bundan iqtisadi prosesləri sağlamlaşdırmaq üçün yararlanmalıdır: «Ən çevik iqtidarlar həmişə belə ediblər və çox inanıram ki, insanlardan gələn bu impulslar siyasi qurumlar və müvafiq hökumət qurumları tərəfindən nəzərə alınacaq».
Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətə ciddi mesajlar

    Hakimiyyətə ciddi mesajlar ...

    25-01-2013, 11:36

  • 
  • İsmayıllıda polisləri əhalinin hesabına yaşadırlar

    İsmayıllıda polisləri əhalinin hesabına yaşadırlar ...

    5-02-2013, 10:40

  • 
  • “Kreml tatarların yarısını Krımdan köçürəcək” - Rusiyalı politoloq

    “Kreml tatarların yarısını Krımdan köçürəcək” - ...

    29-09-2014, 15:09

  • 
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • İctimai Palata iqtidarı əhali ilə danışıqlara çağırır

    İctimai Palata iqtidarı əhali ilə danışıqlara ...

    25-01-2013, 12:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu